Page 308 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 308
XX əsrin Norveç hekayələri
O, pulu alıb, imzasını qoydu: Vladimir İngenman. Şübhə
yeri qalmırdı: bu adam məhz belə çağırılmasını istəyirdi.
Mağazamızda bu qeyri-adi hadisə barədə söz-söhbət
davam edirdi. Cənab İngenman adət etdiyimiz müştərilərdən
fərqlənirdi. Adətən, daha çox, tələbələr öz kitablarını satmaq
üçün gətirirdilər, yaxud kasıblamış rəssam və ədəbiyyatçılar,
dul qalmış biçarə pensiyaçı qadınlar. Hərdən də – əllərinə daha
yaxşı nüsxə keçəndə və dublikatdan xilas olmaq istəyəndə –
bibliofillər.
Hər şeydən göründüyü kimi, cənab İnqenmanın pula
ehtiyacı yox idi. Özü də bu, onun geyim-kecimindən, qızıl
sağanaqlı eynəyindən deyil, daha çox ümumi görkəmindən
bəlliydi. İnamlı təsir bağışlayır, rahat və sakit davranırdı.
Həmişə iş saatlarında gəlməsində də qəribə heç nə yox idi.
Çox güman ki, şəxsi işi vardı, özü öz başının ağasıydı. Yox, əgər
haradasa işləyirdisə, onda bu yer yaxınlıqda olmalıydı, çünki
adətən, bizim mağazaya nahar fasiləsində baş çəkirdi. Qapalı,
susqun adam idi, hətta susqunluğunda da nəsə bir qəribəlik
vardı. Amma belə baxanda, bizimlə nədən danışacaqdı ki?
Yəqin, biz sadəcə belə öyrəşmişdik ki, adamlar kitab satmağa
gələndə öz həyəcanlarını boğmaq üçün nədən gəldi
308 danışmağı, naqqallıq eləməyi xoşlayırlar.
– Bəlkə, o içir? – freken Ness yenə öz fərziyyəsini söylədi.
Bu sözə mağaza sahibi ilə mən sadəcə güldük. Axı öz dü -
kanı mızda, kimi də olmasa, əyyaşları bəs deyincə görmüş dük.
Amma dünyanın axırı deyil – vaxt gələr, freken Ness də müş -
təriləri tanımağı öyrənər.
Vladimir İnqenman tezliklə yenidən peyda oldu. Onun
kitablarını almaq bir həzz idi – çünki ən yaxşılarını yığırdı. Bir
dəfə mağaza sahibi ehtiyatla maraqlandı ki, bəlkə, cənab İn-
qenman kitaba marağı itirib, ya bəlkə, onları saxlamağa yeri
yoxdu? İntəhası, cənab İnqenman heç bir cavab vermədi, sa -
dəcə qulaqardına vurdu, hərçənd bunu ondan çox nəzakətlə
soruşmuşdular. O, kitaba imzasını atdı və təşəkkürünü bildirib
getdi. Özümüzü narahat hiss etdik.