Page 311 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 311
Finn Börnset
kitablardan baş çıxaraydı, çünki rəflərə baxıb uşaq sadəlövh -
lüyü ilə soruşdu: “Sizdə hansısa ilkin nəşr varmı?”
Mən dərhal lazımi rəfi ona göstərdim, konkret hansısa
müəllifi nəzərdə tutub-tutmadığını xəbər aldım. Cavabında
məhz belə olduğunu, amma kitablara özünün baxmaq
istədiyini bildirdi.
Beləcə, əlini cildlərin üzərində gəzdirə-gəzdirə bir müddət
kitablara baxdı. Hansısa cildi rəfdən götürüb nəzərdən keçirir,
sonra təzədən qaytarıb yerinə qoyurdu. Nəhayət, barmağını
birinin üstünə tuşlayıb soruşdu:
– Bu, bəyəm nadir kitabdır?
Mən kitabı rəfdən götürüb baxdım, dərhal da xanımı əmin
etdim ki, bu, həqiqətən, nadir nümunədir – Vergelann şeirlə -
rinin ilk məcmuəsidir.
– Yox, mən cildi soruşuram, deyirəm bunun cildi çox nadir -
dir? Belə cildlər tez-tez olur?
Həmin cild sifarişlə hazırlanmışdı. Yeri gəlmişkən, İngen -
ma nın ən çox sevdiyi cild idi. Xanıma həvəslə izah elədim ki,
heç də hər bir kolleksiyaçı kitabı bu cür bahalı meterialla cild -
ləmək imkanında olmur.
– Deməli, belə, – xanım fikirli halda dilləndi.
Haqqında danışdığımız mövzu ona az tanış idi; bu, aşkar 311
görünürdü, ancaq sadəlövhlüyü onu daha məlahətli göstərir -
di. Nəhayət, xanım özünü toparlayıb soruşdu:
– Bəs sizdə hansısa elza... hansısa elzevir varmı?
– Elzevir? Bəxtinizdən, lap bu günlərdə klassiklərin üç belə
nəşrini almışıq. Belə şey tək-tük hallarda, bir neçə ildə bir dəfə
olur, tez-tez olmur. İndi mən onları böyük məmnuniyyətlə sizə
göstərərəm.
Gedib kitabları gətirdim; xanım onları əlimdən acgözlüklə
qapdı, heç açıb baxmadı da.
– Mən bunları götürürəm, – dedi, – qiyməti neçə eləyir?
Məbləği ehtiyatla söylədim ki, onu qorxutmayım. Amma
qadın lardan baş açmaqmı olur? Deyəsən, o, bərk təəccüb -
ləndi, özünü saxlaya bilməyib dedi:
– Elə bilirdim daha baha olacaq.