Page 316 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 316
XX əsrin Norveç hekayələri
Kommivoyajer
össe qəzetləri götürüb emalatxanaya endi. Orada
Yverstakın arxasında çoxdan özü üçün istirahət guşəsi
düzəltmişdi. Üstü “hesabdan silinmiş” adyalla örtülü boş
yeşik... hər halda, bura katorqa deyil, mehmanxanadı. Budur,
lap aşağı küncdə, elanlar bölməsində oxuyur: “Pul qazanmaq
istəyirsiz? Münasib adam üçün münasib mal”.
Axı o adam burada, bu hoteldə yaşayır. Çamadanlarını da
Yösse özü 160-cı nömrəyə aparıb. Hamısı üstü bənövşəyi
nişanlı qara mücrülərlə dolu idi. Bunlar “sınaq dəstləri” idi.
Sınaq...
Hal-hazırkı işini itirmək elə də böyük dərd deyildi. İşi ça-
madan daşımaq, tapşırıq yerinə yetirmək, məktubları gətirib-
aparmaq, qarı kürəmək, otluğu biçməkdi. Həmişə qapıçının,
inzibatçının, baş ofisiantın əlinin altında idi: “Yösse! Bunu elə,
onu elə! Ora qaç, bura qaç!”
Bəlkə, özünü sınasın?
Hə, sınasın. Özü də bu gün, ən yaxşısı, Lilli o tipə zəng
316 vurub gəlmək üçün icazə istəyəndə olardı. Yorğun, saçları
seyrəlmiş adam qalaqlanmış mücrülərin ortasında oturub
tənbəki çubuğunu çəkirdi. O, Yössenin kim olduğunu bilirdi –
Lilli ona danışmışdı.
– Əvvəllər heç vaxt ticarətlə məşğul olmamısınız? – adam
Yössenin yaşıl velvet şalvarına nəzər salaraq xəbər aldı. –
Maşınınız var?
– Maşın?
– Ən yaxşısı, malı şəhərətrafı qəsəbələrə aparmaqdı.
Şəhərdə adamlar dərhal qapını üzünüzə bağlayacaqlar, ya da,
ümumiyyətlə, heç açmayacaqlar. Amma şəhərətrafı qəsəbələr
tamam başqa məsələdi...
“Fru Selmar” – Yössenin beynindən sürətlə keçdi. Qarı öz
maşınından nadir hallarda istifadə edirdi, avtomobil daha çox