Page 318 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 318
XX əsrin Norveç hekayələri
çox yavaş fırlanır. Hə... yəqin ki, evdə mikseriniz var, düzdü? İş
prinsipi eynidi. Ərinizin idman ayaqqabılarını təmizləmək
istəsəniz, bax bu rahat fırçanı seçin və ən yüksək tezliyə qoşun.
Bir neçə yüngülvari hərəkətlə ayaqqabılar par-par olacaq.
Mənə inana bilərsiniz, madam, bu yaşıma qədər ev işlərindən
yorğun düşmüş, gecə-gündüz əlləri və çiyinləri sızıldayan
minlərlə evdar xanım görmüşəm. Amma siz gəncsiniz, özü də
çox gəncsiniz və deyəsən, sizi dilə-ağıza gəlməyən əzablardan
qurtarmaq üçün mən lap vaxtında özümü yetirmişəm. Hayıf
ki, bu həmişə hazır balaca köməkçi çoxdan icad olunmayıb,
amma neyləmək olar.
Neçəyədi? Hə, bax bu yerdə sizi xoş sürpriz gözləyir,
madam! Bilsəniz ki, fırçanı o gözəl tellərinizdə gəzdirmək üçün
əllərim necə qaşınır, hərçənd bilirəm ki, buna heç vaxt izin
verməzsiniz... Əlbəttə! Mücrüdə saç üçün xüsusi ehtiyat fırça
var. Ümumilikdə isə səkkiz müxtəlif fırça var. Qulpundakı mini-
atür rəsm sizə hər fırçanın öz təyinatını göstərəcək. Gördü -
yünüz kimi, hər fırçanın üstünə plastik torba keçirilib ki,
bir-birinə toxunmasın. Belə... paltonuz hazırdı, madam. Bəs
itiniz hanı, yəqin, gəzintiyə çıxarmısız. Hə, itiniz yoxdu, belə
318 de... Bir əhvalatı sizə mütləq danışmalıyam, dayımın yaşlı
arvadı Ulisa xala haqqındadı, etiraz eləmirsiniz ki?
Dayım cənubda yaşayır, özünün donuz firması var. Bilmi -
rəm, yeni doğulmuş donuz balası görmüsüz, ya yox? Donuz
balasının ən gözəl vaxtı bir aylığındadı, elə şirin olur ki... Nə
danışırsız? Ancaq yeni il süfrəsində görmüsünüz? Heyif! Hə,
nə isə, elə ki bu fırçaları icad elədilər, siftə olaraq bu dəsti, belə
demək mümkünsə, sınaq üçün onun arvadı Ulisa xalaya
apardım. Xalam donuzları üçün sinov gedirdi. Bəzən tövlənin
qapısında oturub əliylə bir-bir bütün donuzların belini
qaşıyırdı, ha-ha, vallah, doğru sözümdü. Əhvalatın ən maraqlı
hissəsini lap axıra saxlamışam. Bilirsiz, xalam bu fırça dəs -
tindən necə istifadə edirdi? Düzdü. Siz inanılmaz dərəcədə
fəhmlisiniz.