Page 319 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 319
Byorq Berq
Hə, qulaq asın. Ulisa xala hər yatağın yanına bir fırça
bərkitdi, o mənzərə indi də gözümün qarşısındadı. Tövlə
başdan-başa fırça bərkidilmiş məftil şəbəkəsinə çevrilmişdi.
Tövləyə ehtiyatla girmək lazım gəlirdi, yoxsa məftillərə dolaşa
bilərdin. Xalam bütün fırçaları donuzları üçün aldı və hətta
gündəlik “gönün təmizlənmə saatı” tətbiq elədi. Ulisa xala
qapıda görünən kimi donuzlar səs-səsə verirdilər. Xalam
fırçaları axurun küncünə yaxşıca bərkidib orta tezlikdə işə
salırdı. Donuzlar bu fırlanan attraksiondan istifadə eləməyi
tezliklə öyrəndilər, hətta bir qədər sonra yer üstündə
dalaşmağa başladılar. Hələ necə nazlı, ərköyün olduqlarını
görəydiniz. Çəhrayı, təzə-tər balalar... Ah, madam, üzr
istəyirəm, çərənlədim, vaxtınızı da aldım, bağışlayın məni. Bax
sizə belə bir fırça gətirmişəm, burada üzrxahlıq lazım deyil,
əksinə, əla şeydi! Firma fırça üçün patent alıb, onlar Mün -
hendəki sərgidə nümayiş etdiriləcək. Tezliklə hər ailədə belə
bir dəst olacaq. Hələ bunu dostlara hədiyyə eləmək başqa bir
zövqdü. Hə, madam, necədi? Başlanğıc üçün birini alaq,
eləmi? Özünüz bilirsiniz də, mallar mağazaya gedib çıxsa, qiy -
məti ikiqat artacaq.
Yösse qeyd dəftərçəsini qapır, – başı uğuldayır, boğazı qu-
ruyub – gözlərini isə qarşısındakı adamın söz tökülən 319
dodaqlarından ayıra bilmir. Kommivoyajer qəhqəhə çəkir.
– Bizim əməyimiz asan deyil, amma bu, çətinliyə dəyər.
Bunu yadda saxlayın, cavan oğlan! Bu dəqiqədən sonra çörə -
yinizi dilinizlə qazanacaqsınız. Anladınızmı?
Xəritəni masanın üstünə qoyub şəhərətrafı qəsəbələrdən
birini dairəyə alır.
– Günü sabah bura gedirsiniz. Qayıdanda mənə xoş xəbə -
rlər gətirirsiniz. Hər alverə görə komisyonunuzu alacaq sınız.
Amma bircə dənə belə fırça sata bilməsəniz, onda əlvida,
sizdən kommivoyajer olmaz.
Yösse bir də 160 nömrəli otağın qapısı arxasında özünə
gəldi, ürəyi şiddətlə döyünürdü. Müqavilə imzalamışdı. Sabah
hoteldə onun istirahət günüdü. Həmin gün onun taleyi həll