Page 317 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 317
Byorq Berq
qarajda olurdu. Yəqin ki, o, Yössenin maşını götürməsinə (təbii
ki, yalnız bircə günlüyə, sınaq üçün) icazə verər.
– Zamanla təcrübə qazanacaqsınız. Satdıqca satmağı
öyrənəcəksiniz, yəni nəzəriyyə burada gücsüzdü. Bununla
belə, bu işi necə eləmək lazım olduğunu indi sizə göstərəcəm.
Bircə dəfə göstərəcəm və özünüz hər şeyi başa düşəcəksiniz.
Bax burada əyləşin. Mən isə qapıdan çıxıb, sonra geri qayı -
dacağam və sizə fırça satacağam. Bu qədər bəsit və asan.
Çarpayının üstündə əsgər kimi sıraya düzülmüş qəhvəyi
çamadanlardan birini götürüb nömrədən çıxdı, qapını döyüb
yenidən içəri girdi.
– Salam, xanım! Ananız evdədirmi? Nə dediniz? Ola
bilməz! Yox, doğrudan da, indi çox erkən ərə gedirlər... Baxın,
xanım, indi sizə elə bir şey göstərəcəyəm ki, onu ömrünüzdə
görməmisiniz. Ev xanımlarına yardım üçün icad edilmiş ən son
yenilik, onların ən böyük yardımçısı, sizin üçün ən gözəl hədiy -
yə! Hər şeyi təmizləyən fırça, ən yaxşı, təbii fırça. Cərəyan dan
və ya az qabaritli, daşınan – tutaq ki, bağçada nəyisə təmiz -
ləmək üçün – batareya ilə işləyir. Buradakı isə müxtəlif ölçülü
və müxtəlif qiymətə olan fırça dəstidi: paltar, ayaqqabı təmiz -
ləməkçün də var, iti, sobanı təmizləməkçün də. Təəssüf ki, indi
sizə yalnız bir rəngdə – bənövşəyi emblemli qara fırça təklif 317
eləyə bilirəm. Bu, bizim firmanın emblemidi, madam, keyfiy -
yətin təminatçısıdı. İcazənizlə, fırçanı işlək vəziyyətdə gös -
tərim, bir saniyə çəkəcək. Belə... baxaq... rozetkamız hanı, aha,
buradadı. Necə gözəl dəhliziniz var, madam, bu fırça da sizin
interyerinizdə çox gözəl görünəcək. Onun yeri bax buradı,
güzgünün qabağı, rəngi də bura daha uyğun gəlir. Elə bil bu
fırça sizin gözəl dəhliziniz üçün yaradılıb. Yox, yox, qətiyyən
qorxmayın, aparatın uğultusu çox zəif eşidilir, heç telefonun
səsini də batırmaz. Əgər siz nəyisə bağçada təmizləmək
istəsəniz, onda ola bilər ki, qonşulardan hansısa adət
eləmədiyi zəif səsə tərəf başını çevirər. Baxın, nə gözəl pal-
todu! Əlbəttə ki, onu ehtiyatla təmizləmək lazımdı. Baxın, bu-
rada şkala var. Fırça dörd tezlikdə işləyə bilir. Birinci tezlikdə