Page 312 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 312
XX əsrin Norveç hekayələri
Xanım düz deyirdi, əslində, bu nəşrlər daha bahadır, am -
ma indi bizdə bazar o səviyyədə deyil ki, kitabı gerçək dəyərinə
görə satasan – elədə heç nə qazanmazsan. Hiss edir dim ki, bu
barədə xanıma bildirməyə borcluyam, çünki İngen ma na hə -
min nüsxələr üçün lazımi miqdarda ödəniş et mə mə yimiz ha -
mı mıza toxunmuşdu.
– Yəqin, Parisdə belə kitablar daha bahadır, eləmi? –
xanım soruşdu.
– Tamamilə doğrudur. Çünki orada tələbat tamam baş -
qadır. Parisdə kitab həvəskarları, yəni bibliofillər daha çoxdur,
ona görə qiymətlər də artır.
Amma haqqında qabaqcadan düşündüyümün əksinə, heç
demə, xanımı daha çox kitablar maraqlandırırdı. O sakitləşmək
bilmirdi:
– Bəs elə adamlar varmı ki, onlar öz kitablarını satır?
– Öz kitablarını satanlarmı? Hə, belələri də olur. Ən çox da
əllərinə bu cür kitabların dublikatı düşəndə. Amma hərdən
pula görə də satırlar – başqa çıxış yolları qalmayanda.
– Bəlkə, onlar sadəcə kitaba marağı itirirlər? Bəyəm belə
hallar olmur? – qadın razılaşmadı.
– Kitaba marağı itirmək? Yox, bu barədə eşitməmişəm.
312 Kitab yığmağa qurşanan adam bu işin xəstəsinə çevrilir, çətin
ki, onu sata.
– Hə, siz haqlısınız, – xanım razılaşdı, – belələri üçün dün -
yada başqa heç nə mövcud deyil.
Bu vaxt avtomobildə onu gözləyən kişi içəri girdi. Daha
doğrusu, qapını aralayıb soruşdu:
– Sən gəlirsən?
– Hə-hə, bağışla, bu dəqiqə gəlirəm, bircə ödəniş etmək
qalır.
Kişi sifətdən mənə nəsə tanış gəldi. Yox, tanımırdım,
sadəcə belə sifətlərə hərdən qəzetlərdə rast gəlirsən – yəqin,
ya aktyordu, ya da bu qəbildən kimsə. Görünür, çox tələsirdi,
səbri tükənmişdi. Xanım da yubatmadı, pulu tez ödəyib
çıxmağa tələsdi.