Page 309 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 309
Finn Börnset
– Məncə, burada nəsə bir iş var, – mağaza sahibi dedi. –
Əlbəttə, bunun bizə bir isti-soyuğu yoxdur. Əsas odur ki, yaxşı
mal gətirir.
İndi mən düşünməyə başlamışdım ki, çox güman, İngen-
mana kitablar miras kimi qalıb, amma bu freken Ness bir tikə
boyu ilə nə desə yaxşıdır:
– Mənsə belə düşünürəm ki, onun heç nə vecinə deyil, hər
şeyə tüpürüb.
Ən adi şeylərdə də nəsə romantik bir çalar tapmaq qadın -
ların köhnə peşəsidir. Axı o, nəyə tüpürmüşdü, kitab laramı?
– Yox, kitablara yox, – freken Ness aramla cavab verdi, –
hər şeyə, özünün bütün həyatına tüpürüb.
Əlbəttə, freken Ness hələ çox naşıdır. Amma bu, zamanla
keçib-gedəcək. Hər halda, orası aydındır ki, İngenman – yaxşı
ailədən çıxmış abırlı adamdır və əgər bu cür kitab xəstəsinə
çevrilməsəydi, yəqin, çox varlı olardı.
Bir dəfə o, bizə Jeraldinin sevgi haqqında şeirlərini gətirdi.
Qalın dəri cilddə olan və küncləri qızıl haşiyə ilə işlənmiş
zərbasmalı nüsxə bibliofillər üçün göydəndüşmə nəşr idi.
Bahalı holland kağızında çap olunmuş, yalnız fransızların
bacardıqları incə zövqlə tərtib olunmuş bir kitab. Heyif ki,
cənab İngenman titul səhifəsindən hansısa ithafı qaşıyıb 309
qaralamışdı və bu, əlbəttə ki, kitabın dəyərini aşağı salırdı.
– Yaxşı olardı ki, siz bu işi bizə həvalə edəydiniz, – şef köks
ötürdü, – bizdə mürəkkəbi təmizləmək üçün xüsusi vasitə var,
heç bir iz qalmır.
Cənab İngenman dedi ki, bundan xəbəri var, ancaq kitab
onun əlinə məhz bu şəkildə keçib. Bu vaxt qeyri-ixtiyari ona
baxdım, mənə elə gəldi ki, bu sözü deyərkən İngenmanın
üzünə qəribə bir ifadə çökmüşdü.
Ləkəni təmizləməyi mənə tapşırdılar. Səhifəni işığa tutdum
və orada yazılanı asanlıqla oxudum: “İstəkli arvadıma...” Ancaq
kimdən hədiyyə edildiyi oxunmurdu, pozulmuşdu; tarix isə
aydın görünürdü: “Paris. May...”
Yəni cəmi üç il əvvəl.