Page 307 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 307
Finn Börnset
Cənab İngenman bu dəfə Ryuqun “Norveç xutorlarının
adları” kitabının iki cildini gətirmişdi. Mağaza sahibi laqeyd
görkəmlə harasa kənara baxıb, guya sözgəlişi soruşdu:
– Olmaya sizdə bunun bütün cildləri var?
– Əlbəttə, var, – İngenman sakitcə cavab verdi. – Siz bütün
cildləri almaq istəyirsiniz?
– Məsələ burasındadır ki, – mağaza sahibi həvəslə izah
eləməyə başladı, – əgər biz bütün cildləri bir yerdə alsaq,
ödənişi daha baha qiymətlə edə bilərik.
İngenman fikrə getdi, sonra dedi:
– Neynək, sabah siz qalanlarını alacaqsınız, amma bu iki
kitabın pulunu indi almaq istəyirəm.
– Lap əgər istəsəniz, biz bütün nəşrə indidən qiymət
qoyarıq; yarısını indi alarsınız, yarısını da sabah, – mağaza
sahibi təklif elədi.
– Sağ olun, – İngenman cavab verdi. – Bu, mənə əl verir.
– Elə düşünürsünüz ki, o gələcək? – İngenman gedəndən
sonra freken Ness soruşdu.
– Necə gəlməyəcək, əlbəttə, gələcək, – mağaza sahibi
cavab verdi. – Bəyəm siz başa düşmürsüz ki, bu adamın na-
muslu, nəcabətli olması bir verst aralıdan görünür? Gələr, lap
sürünə-sürünə də gələr. Mən sadəcə Ryuqu başqalarına
aparıb-aparmayacağına əmin olmaq istərdim. 307
Biz “Norveç xutorlarının adları”nı dəst şəklində almaqda
çox maraqlıydıq. İsland kitabxanalarından biri bu nəşri tap -
mağı bizdən çoxdan xahiş etmişdi. Bu, bizim üçün təkcə nüfuz
məsələsi deyildi, həm də sərfəli saziş idi: kitabxana ödənişi
dollarla edəcəyinə söz vermişdi.
Cənab Vladimir İngenman ertəsi gün taksiylə gəldi. Mən
kömək üçün dərhal bayıra çıxdım; iki dəfəyə kitabların
hamısını içəri daşıdıq. Əla vəziyyətdə saxlanmış qədim cildlər
göz oxşayırdı, üstəlik, titul səhifələrində heç bir yazı, yaxud
1
ekslibris yox idi. Bir sözlə, əsl bibliofillərin, ən vasvası kitab -
xanaçıların arzuladığı kitablar.
1 Ekslibris – cildin içəri tərəfinə yapışdırılan və kitab sahibinin adı qeyd
olunmuş bədii nişan