Page 306 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 306
XX əsrin Norveç hekayələri
Xarakiri
cnəbi sözlərin izahlı lüğətində “xarakiri” sözünün izahı
Əbelədir: öz qarnını yırtmaqla edilən intihar üsulu.
Biz ona mağazamızda peyda olan kimi diqqət kəsildik. İki
səbəbdən. O, bizə nadir nüsxə sayılacaq əla kitablar
gətirmişdi: “Xelqelande döyüşçüləri”nin birinci nəşrini və üz
qabığı dəridən olduğu üçün yaxşı qalmış “Estrotlu fru İnqer”
kitabını. Mağazamızın sahibi bu alış-verişdən elə sevinmişdi
ki, bilmirdi, sevincini necə gizlətsin. Müştərinin adı da qəribə
idi – Vladimir İngenman. Biz onun kontor kitabındakı imzasını
nəzərdən keçirəndə freken Ness bildirdi ki, bu, səhvdir – İn-
genman yox, İnqerman olmalıdır.
Amma yox, kalliqrafik xətlə aydın yazılmışdı: İngenman.
Mağaza sahibinin fərziyyəsinə görə, bu ad qurama idi; belə
nüsxələr yalnız kitab xiridarlarında olur.
– Bəlkə, kitablar ona vərəsəliklə çatıb, – freken Ness öz
fərziyyəsini yürütdü. – Əlinə bu cür nəşrlər keçən kolleksiyaçı
onları dünyasında satmaz.
– Yox, satmaz, ağır vəziyyətə düşməyibsə, çətin ki satsın, –
306 mağaza sahibi bildirdi.
Amma Vladimir İngenmanın ağır vəziyyətə düşməsi qəti
ağlasığan deyildi. O, çox yaxşı və zövqlə geyinmişdi. Eynəyinin
sağanağı qızıldan idi, qoltuğunda bahalı dəridən qovluq vardı.
Əsl ziyalılar kimi astadan danışırdı, fikri bir qədər dağınıq olsa
da, bibliofillərlə çox görüşdüyümüzdən buna çoxdan adət
eləmişik. Özü də qiyməti eşidəndə heç bir irad bildirmədi.
Kitabdan baş çıxarmayan naşı müştərilər dəyərini bilmədikləri
mala görə yaxşı pul alanda, adətən, sevinclərini güclə boğurlar.
Həm də əksinə olur: onlara fikirlərində tutduqları miqdardan
az pul veriləndə dava-qırğına çıxır, kitablarının tamamilə adi
nüsxələr olmasının fərqinə varmırlar.
Bir neçə gün keçmişdi ki, cənab İngenman yenidən təşrif
buyurdu. Biz onun gətirdiklərini xalis kitab xəstəsi olan bir
bibliofilə satmışdıq – nüsxələr öz gözəlliyi ilə onu əməlli-başlı
heyrətə gətirmişdi.