Page 313 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 313

Finn Börnset

             Vladimir İngenmana gəlincə, onun barəsində əlavə nəsə
          deməyə elə bir şey yoxdu, bircə ondan başqa ki, bizim
          mağazaya son gəlişlərində çox da yaxşı görünmürdü, bir də
          vaxtından xeyli qabaq paltosuz gəzməyə başlamışdı. Düzdü,
          üzü yaza gedir, havalar getdikcə istiləşirdi, amma hərdən
          dənizdən kəskin külək də əsirdi. Məsələ heç də geyimdə deyil,
          yox, üst-başı, paltarları əvvəlki kimi səliqəli idi: eynəyi də qızıl
          sağanaqlı əvvəlki eynək idi, qovluğu da dəri üzlü həminki
          qovluq. Başlıca problem gözlərindəydi – tez-tez qırpıldığından
          eynəyin şüşələri arxasında yaşarır, baxışları sanki heç nə gör-
          mürdü. Üzünün cizgiləri də sanki yavaş-yavaş az ifadəli ol -
          muşdu.
             Bir dəfə mağaza sahibi söhbət əsnasında dedi ki, əgər
          böyük külliyyatlar satışa çıxarılırsa, biz, adətən, kitabları
          təxmini, gözəyarı qiymətləndirib alırıq. Yəni qiymətləndiricini
          evə göndərib, qiyməti qabaqcadan müəyyənləşdirir, tərəflər
          razılaşdıqda maşınımızı malın dalınca yollayırıq. Bizimçün də,
          müştəri üçün də belə daha asandır. Vaxt – puldur, bizə isə
          çevik dövriyyə sərfəlidir.
             Ancaq cənab İngenman bu təklifdən yararlanmadı. O, öz
          ürəyi istəyən kimi hərəkət etmək niyyətindəydi – günaşırı bizə  313
          baş çəkmək və bütün ömrünü həsr etdiyi şeyi xırda-xırda sat-
          maq. Həmişə də bu cür davam edirdi.
             Bizə axırıncı gəlişi yaxşı yadımdadır. Birbaşa mağaza
          müdirinin üstünə gedib, onunla təklikdə danışmaq istədiyini
          bildirmişdi. Sonra birlikdə kiçik kabinetə keçmişdilər, amma
          şef əlüstü geri dönüb kassaya yaxınlaşmışdı, oradan iki əsginas
          götürmüş, bizə göz vurub, təzədən kabinetə qayıtmışdı.
             Birazdan Vladimir İngenman mağazanı tərk etdi. O, heç
          kimə baxmadan qapıya yönəldi, şefdən ona beh verməsini
          xahiş elədi: belə ki, cənab İngenmana təcili şəkildə nağd pul
          gərək olmuş, intəhası, satmağa hazırlaşdığı kitabları götürmək
          üçün evə baş çəkməyə macal tapmamışdı.
             – Sizcə, o, bir də bura gələcək? – freken Ness soruşdu.
   308   309   310   311   312   313   314   315   316   317   318