Page 321 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 321
Byorq Berq
Yösse inamsız halda içərisi nümunələrlə dolu çamadanı
əlinə alır, yöndəmsiz şəkildə açır və abnos ağacından düzəlmiş
bənövşəyi emblemli iki kiçik qapaqlı mücrünü arvada göstərir.
Bu, firmanın emblemidi, keyfiyyətin təminatıdı.
– Bu nədi belə, fırçalar? Deməli, fırça satırsan?
On dəqiqədən sonra Yösse yenidən maşında oturmuşdu.
Bütün paltarları yaşdı və bədəninə yapışırdı. Arvad fırça dəstini
bütünlüklə sifariş vermişdi.
Getdiyi növbəti evdə ikinci sifarişi aldı. Evin divarından
“Mehriban çoban” rəsmi asılmışdı. Ona dedilər ki, fırçalar
xeyirxah işlər üçün lotereyada oynanılacaq.
Üçüncü evin qapısında maşını saxlayıb, içəridə bir xeyli
oturdu. Olub keçəni bir qədər ətraflı düşünmək istəyirdi. Başı
hərlənirdi, yəqin, sevincdəndi: artıq iki dəsti satmışdı. Hər
halda, hotelə qayıtdığı zaman heç kim ona “əlvida” deməyə -
cək. Yeri gəlmişkən, bu Ulisa xala söhbəti ona niyə bu qədər
təsir edib? Birbaşa mətləbə keçmək lazımdı, onsuz da, hər şey
yağ kimi gedir.
Üçüncü evdə qapını, doğrudan da, cavan xanım açdı, mini
ətək geymişdi. Nəhayət, sınaqdan çıxarılmış üsuldan istifadə
eləyə bildi: 321
– Salam, xanım! Ananız evdədirmi? – cəsarətlə sözə
başladı.
– Yox, təsəvvür eləyirsən, evdə yoxdu. Sən, hər halda, keç
içəri. O, nəsə almağa çıxıb, İndi qayıdar. Bəlkə, bir qəhvə
içəsən?
– Yox, təşəkkür edirəm. Mən... ee... fırça satıram...
– Boşla görək! O mahnını çox eşitmişəm. Əlindən başqa iş
gəlmir?
Yösse ev sahibəsinin qayıtmasını gözləmədən çıxdı. Heç
bir şey sata bilmədi, əvəzində həyat təcrübəsini artırdı və üz-
gözü də bişmiş xərçəng kimi qıpqırmızı oldu.
İkimənzilli kottecin qapısına çatanda ala-toran düşmüşdü.
Artıq səkkiz dəst satmışdı, heç də pis deyildi. İnamlı addımlarla