Page 323 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 323
Byorq Berq
– Baxın, gənc dostum, görün sizə nə göstərəcəyəm. Bu
kitabı, yəqin ki, heç vaxt görməmisiniz və bu görüş olmasaydı,
bəlkə də, heç vaxt görməyəcəkdiniz. Düzdü, eyni şeyi sizin
fırçalarınız haqqında da demək olar... Əlbəttə, zarafat elədi -
yimi başa düşürsünüz. Fırçalarınız pis deyil, sizi məmnun edə
bilməkçün həvəslə bir neçəsini alaram. Bu həmçinin başqa -
larını – fırçaları hədiyyə verəcəyim adamları da sevindirəcək,
üstəlik, insanlara hədiyyə eləmək kimi bir səadət mənə nəsib
olduğu üçün mən də şad olacam. Amma mənim üçün ən
böyük sevinc bu kitabı sizin gənc əllərinizə tapşıra bilməyimdi.
Ala-toranda Yösse maşını sərt təpələrdən sürüb hotelə
doğru gedirdi. Həyat təcrübəsini yenə artırsa da, əvəzində
xeyli krondan məhrum olmuşdu. Uğurlu ticarətin bəxş etdiyi
sevinc cüzdanda səliqə ilə qatlanmış açıq-yaşıl rəngli vərəqi
puç etmişdi. Öz əliylə imzaladığı həmin vərəq Yössenin ruhi
qidasının ömürlük təminatı idi. O satdığı fırçaların embleminin
sahibi qədər mötəbər insanların buraxdığı İncilin ən yeni,
illüstrasiyalı nəşri idi.
323