Page 327 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 327
Qunnar Bull Qunnersen
pisdir? Bəs ispan qızlarının nəyi əskikdir? Heç onlar da pis
deyil! Bəlkə, alman qızları? Əşi, hamısı bir bezin qırağıdır. Təki
bəxtinə alyanaq düşsün. Qızı gərək elə bişirəsən ki, hayıl-mayıl
qalıb qucağına atılsın... Aranızda baş verənlər həm sənin, həm
də onun istəyincə olsun, ürəyiniz bir-birinə yatsın, bəyəndiyin
qızın isti nəfəsini duyasan. O da səndən kam alsın. Həyat
belədir də! Verməsən, almazsan! Şəhvət hissindən dəli olur-
san. Sevgi? Bəlkə də. Adını nə istəyirsən qoy. Təəssüf ki,
gündüzlər uzun, gecələr isə qısadır...
– Hə, hazırsan?
– Bir dəqiqə gözlə.
– Yaxşı, gözləyərəm.
– Bəs sən necə, gedəcəksən?
– Hara?
– Danışmışdıq axı, unutmusan?
– Yadımdadır.
– Nədir, həvəsin yoxdur?
– Bilmirəm. Bəlkə, elə bizimkilər kimi dərhal taksiyə
minək, hə?
– Eh, bizimkilər ən yaxın pivəxanaya gedirlər. Onsuz da,
rəqs salonu hələ bağlıdır. İçkim də var. Stüard ad günümdə
bağışlamışdı. Qulaq as, axı özün deyirdin ki, istəyirsən! 327
– Hə, demişdim. Noolsun ki? Gör nə vaxt olub?
– Ad günümdə.
– Hə də. Nə qədər keçib? Onda dənizdə idik, orda da
adamın ağlına min cür fikir gəlir.
– Mən də şüşəni açmadım, fikirləşdim ki, sahildə vurarıq.
– Düz eləmisən. Bəlkə, rəqsə gedəndə şüşəni də özümüzlə
aparaq? Bir də gördün, yaxşı qızlar rast gəldi, qonaq edərik.
Necə fikirdir?
– Özün bilərsən. Onda tək gedərəm.
– Lap dəymədüşər olmusan, ha! Əgər söz vermişəmsə,
deməli, sözümün üstündə durub səninlə gedirəm. Elə bilirdim,
sənin də getməyə həvəsin yoxdur. Günümüzə bax: dırmaşırsan
təpəyə, uzanırsan yaşıl otların üstünə, viskidən də bala-bala
vurursan! Bundan nə ləzzət almaq olar?