Page 331 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 331
Qunnar Bull Qunnersen
– Çoxdan üzürsən?
– Beşinci ildir.
– Bütün tankerlərdə üzmüsən?
– Hə.
– Neçə tanker dəyişmisən?
– Dörd, bəlkə də, beş.
– Xoşuna gəlir?
– Nə?
– Tankerdə üzmək.
– Yük gəmisindənsə, tanker yaxşıdır, düz demirəm?
– Bilmirəm. Yük gəmisində üzməmişəm.
– Mən keçən dəfə yük gəmisinə düşmüşdüm. Birinci dəfə
idi. Amma sənə deyim ki, pis deyil, körpüdə çox dayanır, sən
də şəhərdə doyunca gəzirsən.
– Əvəzində də, yəqin, eşşək kimi işlədirlər, hə?
– Adamın canını alırlar.
– Tanker yaxşıdır.
Sağlıq demədən bir qurtum da içdilər, sonra ciblərindən
“Çesterfild” qutusu çıxarıb hərəyə bir siqaret yandırdılar.
Böyük matros susurdu, kiçik matrosun isə dili açılmışdı.
– Yaxşıca kef çəkirik, ha...
– Hə, elədir. 331
– Maraqlıdır, görəsən, burda siqaret çəkmək olar?
– Yəqin, olar. Tikanlı məftilin o tərəfində qadağandır, burda
isə icazə var.
Susdular. Kiçik matros danışmağa mövzu axtarırdı, birdən
hardasa oxuduğu yazını xatırladı.
– Səncə, dənizə görə çox şeyi qurban veririk?
– Necə yəni qurban veririk?
– O mənada ki, biz burda, ailəmiz, dostlarımız orda.
– Mən subayam.
– Nə fərqi var? Bəs başqa məsələlər? Dənizdən evə dönən -
də hər şey sənə yad görünür. Əgər getməsəydik, çoxlu dost
qazanardıq, ümumiyyətlə...
– Tankerdəki dostlarım mənə bəs edir.