Page 333 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 333
Qunnar Bull Qunnersen
rublar? Əgər ora balina, suiti piyi, ya da sidik yükləsəydilər, sən
yenə də əvvəlkitək göyərtəni silib-süpürəcək, döşəməni
yuyacaqdın. Sənə nə var, anbara nə doldurublar?
– Mən axı bilirəm ki, orda neft var.
– Heç nə bilmirsən, bu məsələ sənlik deyil. Üzdüyün bu
tanker neft doldurulmuş bardağa bənzəyir. İçində neft əvəzinə
süd, yaxud spirt olsaydı, hərəyə bir litr götürüb gillədərdik,
əlacsızlıqdan, bəd ayaqda, heyvan piyi, sidik də içmək olar.
Amma bu neft nə sənin, nə də mənim heç bir işimizə yaramır.
Yadda saxla: nə qədər ki anbarda neft var, ora burnumuzu
soxmamalıyıq, çünki neftdən buxarlanan zəhərli qaz insan
üçün təhlükəlidir.
– Axı istənilən halda, neft tanker üçün yanacaq rolunu
oynayır...
– Haqlısan. Amma bundan sənə nə? Tanker səfərə
getməyib körpüdə dayansa da, sən əvvəlki kimi göyərtəni
yuyub təmizləməyə borclusan.
– Əgər tanker səfərə çıxmırsa, göyərtəni yuyub təmizlə -
məyə nə ehtiyac var?
– Bu, sən girən kol deyil.
– Amma neft olmasa, heç nə hərəkətə gəlməz. Maşınlar,
avtobuslar, taksilər yolun ortasında qalar. 333
– Əgər dənizdəsənsə, bütün bunlardan sənə nə? Öz yerini
bil. Hər halda, neft bazarı sənsiz də keçinə bilər. Sənin yerin
göyərtədir, vedrə və döşəməsilən ağac – işin bundan ibarətdir.
Matros qızışmışdı, hirs təpəsinə vurmuşdu. Kiçik matros
viski şüşəsini ona uzatdı. Bir neçə qurtum içib susdu, gözləri
harasa uzaqlara dikilmişdi. Hiss edirdi ki, qəlbini etinasızlıq
hissi bürüyür. Yavaş-yavaş özünü sakitləşdirməyə çalışırdı. İri
neft çəninin arxasında gizlənmiş günəş artıq batırdı. Kiçik mat -
ros şüşənin dibində qalmış viskiyə baxıb anladı ki, artıq
içməyin mənası yoxdur, qalanını rəqs salonundan çıxandan
sonra vurmaq olar.
– Saat neçədir?
– Bilmirəm.