Page 335 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 335
Qunnar Bull Qunnersen
müqabilində doyunca həzz alasan. Əgər sevgi axtarmağa
başlasan, elə zibilə düşərsən ki, gəl görəsən! Eləsi rastına çıxar
ki, səni dartıb yatağa salar, sonra da yaxandan əl çəkməz. Yox,
əzizim, beləsindən uzaq dursan yaxşıdır. Ən doğru yol: nə
qədər lazımdırsa, ödəyirsən, heç nəyin fikrini çəkmirsən,
gözəlçənin yatağından qalxıb təmiz vicdanla yola düzəlirsən.
– Qarşılıqlı sevgi və istək yarananda qız heç pul da istəmir.
– Sənə elə gəlir. Qızlar pullu oğlanları sevir, ayağının altına
pul səpən, bahalı hədiyyələr alan, kinoları, restoranları
gəzdirən oğlanları əldə saxlamaq üçün nəyə desən razı olarlar.
Cibin boşalır, amma tam əmin deyilsən ki, bu macəraların axırı
yataqla bitəcək, yoxsa adi öpüşlə! Səni xəbərdar etməliyəm:
belə qızlarla gərək ehtiyatı əldən verməyəsən, adamı göz
qırpımında tələyə salarlar. Çünki gecə-gündüz ərə gedib uşaq
doğmaq barədə fikirləşirlər. Dərini soyarlar, maaşını qəpiyinə
qədər əlindən alarlar. Bir də ayılıb görərsən ki, əməlli-başlı
zibilə düşmüsən. Hə, indi özün seç: sevgi ilə, yoxsa pulla?
Hansı yaxşıdır?
– Yox, keçəl suya getməz! Razıyam, ehtiyat igidin yaraşı -
ğıdır! Amma evlənmək, ailə qurmaq heç də pis deyil, övladın
dünyaya gəlir... Sözümün canı odur ki, bəyənib seçdiyin qızla
izdivacın nəyi pisdir? 335
– Səncə, bütün bunlar yaxşıdır? Uşaqlardan kim xeyir
görüb? Evlənirsən, sonra da ehtiyatsızlıqdan uşaq dünyaya
gəlir. Düşünürsən ki, bununla həyatın dəyişəcək, başqa adama
çevriləcəksən. Amma yanılırsan. Evlənmisənsə, özünü necə
qorusan da, əvvəl-axır övlad sahibi olacaqsan.
– Bəs başqaları? Milyonlarla adam dünyaya övlad gəti r -
mək naminə izdivaca girir.
– Eh, bunun üçün üvlənmək vacib deyil. O qədər subay var
ki, ağılsızlığı ucbatından zibilə düşüb. Bir gecənin, necə
deyərlər, səhvini ömrü boyu çəkməyə məhkumdur.
– Amma adam tanıyıram ki, illərlə övlad həsrətindədir,
alınmır. Nəticədə məcbur qalıb övladlığa uşaq götürüb, özü də
ikisini birdən.