Page 338 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 338
XX əsrin Norveç hekayələri
– Ay bədbəxt, sən neylədin?
Hər tərəfdən maşının qapıları açıldı və iki cavan tələsik
düşüb dənizçilərin oturduğu təpəyə doğru qaçmağa başladı.
– İndi onların cavabını verərəm! – matros qalxmaq istədi,
yumruğunu sıxdı.
Gec idi. Dənizçilərin ikisini də əzişdirməyə başladılar.
Böyük matrosun yumruqları boşa çıxırdı, kiçik matrosa bağırdı:
– Ayağınla vur! Təpik at!
Özü də təpik vurmağa çalışırdı, alınmırdı. Kiçik matros
yerdə uzanıb əli ilə üzünü örtmüşdü, yumruq və təpiklərdən
qoruna bilmirdi. Peysərindən ilişdirsələr də, müqavimət
göstərmirdi.
Sonra polis gəldi. Arxa tərəfində dəmir qəfəs olan polis
maşınından üç nəfər düşdü. Böyük matros onlara müqavimət
göstərirdi. Polislərdən ikisi onun əl-qolunu burdu, üçüncü polis
isə qandal gətirmək üçün maşına qaçdı. Qandal taxılandan
sonra matros artıq əl-qol ata bilmirdi, yalnız qışqırıb söyüş
yağdırırdı. Bayaqdan qızlarla öpüşən gənc kavalerlərin dərhal
ifadəsi alındı, matrosları isə polis maşınının arxasına – qəfəsə
dürtdülər. Əvvəlcə böyük matrosu mindirdilər. Yenə də
müqavimət göstərib minmək istəmirdi, birtəhər oturacağa
338 əyləşdirdilər. Kiçik matrosu isə ağlamaq tutmuşdu, hıçqırırdı,
onu da dostu ilə üzbəüz oturtdular. Polislərdən biri ona nəsə
xoş söz deyib çiynini şappıldatdı, keçib yanında əyləşdi.
Üçüncü polis qapını bağlayıb kabinəyə mindi. Yola düşdülər.
Böyük matros sakitləşmək bilmirdi. Yanında əyləşmiş poli -
sə tərəf çevrilib sifətini onun üzünə yaxınlaşdırmaq istəyirdi,
am ma polis imkan vermədi.
– Ay ağılsız! Bunun mundirinə bax! – sonra digər polislərə
tərəf döndü. – Sizə nə var? Niyə araya girdiniz? Oturmuşduq
çəmən likdə, dincəlirdik, birdən bunlar gəldi, utanmaq yox,
abır-həya yox! Bizə tərəf baxmırlar, heç vecə almırlar! Bilmirlər
ki, nefti daşıyan bizik! Bəli, şəxsən biz! Oturmuşuq təpənin
üstündə. Gəlib çıxdılar... Gecə-gündüz maşınla veyillənirlər...
Nefti mizin hesabına gəzirlər... Bəli... Vəhşi kimi maşın sü -
rürlər... Biz isə neft daşıyırıq... Biz... Neft... Biz...