Page 341 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 341
Vigdis Stokkelien
Məhkəmədən öncə
aat on oldu. Kiçik restoranda əyləşmiş iki kişi və bir
Sqadın pəncərədən çölə baxırdılar. Məhkəmə binası
meydanın o başında yerləşirdi. Binanın qarşısında Femidanın
heykəli gözə dəyirdi. Kapitan gözünü qadına və onun küləkdə
yellənən mantiyasına zilləmişdi.
Gənc radist qız da heykələ baxırdı. Birdən-birə vahiməyə
düşdü. Çevrilib güzgüdə öz əksinə baxdı. Ağ donu çox gözəl
görü nürdü. Saçlarını yenicə kəsdirmişdi. Dənizdə keçirdiyi
uzun aylardan sonra səliqəli, dəbli saç düzümü ona qəribə
gəlir di. Belə baxanda, heç dəyişilməmişdi, bir il əvvəl necəy -
disə, elə də qalmışdı.
Şturman siqaretdən saralmış barmaqlarına baxır, dilxor
olurdu. Dənizdə belə şeylərə fikir vermirlər, amma burada
səliqəli, sığallı olmaq istərdi. O, quruda özünü çox narahat hiss
edirdi, ona elə gəlirdi ki, həddən ziyadə ağır, ləng və yöndəm -
siz hərəkət edir.
Gənc çinli qız onlara qəhvə gətirdi və dayanıb gözləməyə
başladı: görsün, daha nə sifariş edəcəklər.
– Nə içəcəksiniz? – kapitan soruşdu. 341
– Heç nə, – şturman dedi.
– Bir stəkan portağal şirəsi, – radist qız qurumuş dodaq -
larını yalayıb udqundu.
“Lənətə gələsiniz”, – kapitan mızıldandı. Yenə barmaqları
əs məyə başlamışdı – o axşam olduğu kimi. Bunu görən ştur -
man istər-istəməz öz əllərinə baxdı.
“Lənət şeytana. Bircə qurtum cin olsaydı”. Kapitan da
dodaq larını yaladı:
– Mənə də portağal şirəsi verin, – dedi.
Şturman əyri-əyri gülümsədi. Kapitan onun rişxəndlə
gülüm sədiyini görüncə hirslənib özündən çıxdı.
– Bunu onlara de, – o, xırıltılı səslə dedi. – Buyur, get de!
Şturman cavab vermədi, kapitanın sözləri havadan asılı
qaldı.