Page 344 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 344
XX əsrin Norveç hekayələri
Qız evə gedəndə hamı duyğulanmışdı! Maltadan təyya -
rəylə yola düşdü. Hamı radist qızdan xəbər gözləyirdi – əmin
olmaq istəyirdilər ki, Marit sağ-salamat evə çatıb.
“Anası ruhi xəstəxanadan çıxmır, – matros fikirləşirdi. –
Amma özü qəşəng qızdır! Doğrudanmı onu bir daha görmə -
yəcəyəm?”
Məhkəməyə gedib, o ağır sözləri dilə gətirməli olsa, heç
vaxt görməyəcək! Yox, o, əmin olmadığı şeylər barədə nə
danışa bilər? Nə olsun ki, hamı hər şeyi bilir.
Bunu ağlına gətirməyə də qorxurdu – bir daha heç vaxt!
Kayut-kompaniyada bu barədə çox danışmışdılar. Hər şeyi
yerli-yataqlı müzakirə etmişdilər. Hamı eyni fikirdəydi: kapitan
“Geriyə!” əmrini çox gec vermişdi.
Stəkanı əlində bərk-bərk sıxan kapitan Nilsendən gözünü
çəkmirdi. Matros döngədə gözdən itdi. Hamı rahat nəfəs aldı.
– Onlar nə soruşurlar? – radist qız dilləndi.
– Belə də, hər şeyi bilmək istəyirlər, – şturman etinasız
cavab verdi.
Deyəsən, ümid işığı görünür. Əlinə şans düşüb. Nəhayət.
On bir il xidmətdən sonra. “Mən buradayamsa, başqa adam
göndərməzlər. Onlara yalnız həqiqəti söyləyəcəyəm. Həqiqət -
344 dən savayı, heç nə. Yalnız həqiqət. Ah, həqiqətin nə olduğunu
bilsəydim…”
Radist qız siqaret yandırdı. Yarım saat ərzində dördüncü
siqareti çəkirdi. Bu hadisə yarım il əvvəl baş versəydi, hər şey
asan olardı. Onda ağ ağ idi, qara – qara. Amma indi içində nəsə
dəyişilib, doğrudur, bunu güzgüdə görmək olmur.
Birinci limana gələndə göyərtəyə çoxlu sərxoş adam
çıxmışdı. Qız onlara nifrət edir, onlardan çəkinirdi. İkinci li-
manda artıq götür-qoy etməyə başladı. Yoxsa bu, ikinci yox,
dördüncü limanda olmuşdu? Orada fahişələr gizlicə sivişib,
gəmiyə qalxırdılar. Növbəti limanda qız artıq kimisə həkimin
yanına aparırdı…
O, uzaq qəsəbədən gəlmiş, həyata hazırlıqsız qədəm
qoymuşdu. Orada hər şey aydın idi: yaxşı, yaxud pis, ağ, yaxud