Page 343 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 343
Vigdis Stokkelien
Çığırtı, fəryad səsləri kapitanın qulağından getmirdi. Yel -
kənli gəmi hələ də gözləri önündən çəkilmirdi. Dənizdə yırğa -
lanan gəmi dumanda kabusa bənzəyirdi. Bəlkə, o, tərəddüd
etmiş, vaxtında komanda verməmişdi? Yox. Yox. Amma fəryad
səsləri o vaxtlar konvoyda baş vermiş hadisəni xatırladırdı…
Onda da hava dumanlıydı. Dumanın içindəki o məşum qızartı…
Onda hələ kapitan körpüsünü tərk etmə miş di. Saçını, qaşlarını
alov qarsmışdı. Az qala, tüstüdə boğula caqdı. Beləcə yola
davam etmişdilər.
– Baxın, Nilsen gəlir, – radist qız dedi.
Kişilər pəncərədən çölə baxdılar. Kiçik matros Nilsen başını
aşağı salıb restoranın yanından keçirdi. Onları görmədi.
“Bu da buradadır”, – kapitan öz-özünə dedi. Onda Nilsen
sükanda növbətçiydi. Kapitanın halı pisləşəndə köməyə
gəlməmiş, barmağını da tərpətməmişdi.
Kiçik matros restorana girməyə ürək eləmədi. Onların
orada olduğunu bilirdi, bu kompaniyayla görüşməyə heç
həvəsi yox idi. Avropada icazə alıb, sahilə çıxacaq – əgər
haçansa Avropaya gedib çıxsalar. Hələ ən azından dörd ay bu
məşəqqətə dözməlidir. Lənətə gəlmiş gəmi! Kapitan əyyaşlığa
qurşandısa, həmişə axırı belə qurtarır. Tərslikdən, bu hadisə 343
məhz onun növbətçi olduğu gün baş vermişdi. Hər şey bir göz
qırpımında oldu: yelkənli gəmi, duman, fəryad səsləri… Ən pisi
o idi ki, kapitanın halı pisləşdi, qusmağa başladı. Yox, ən pisi
xilas edilmiş çinlilərin qayıqdan gəmiyə dırmaşması idi. Onlar
göyərtədə bir yerə toplaşıb, tamaşa edirdilər.
Matros kapitan qızı Mariti fikrindən çıxara bilmirdi. Onun
çilli üzü, küləkdə yellənən qıvrım saçları haqqında düşünürdü.
Qız onun boynunu qucaqlayır, göyərtədə rəqs edirdilər. Necə
yumşaq saçları var, ipək kimidir! Qız gəmiyə minəndə hamı
sevinirdi. İlahi, qız kayut-kompaniyaya gələndə islaholunmaz
başkəsənlər belə dilini dinc saxlayır, ağızlarından söyüş
qaçırmağa qorxurdular. Adama elə gəlirdi ki, bütün komanda
qızın qeydinə qalır, çünki atası öz başının hayındaydı.