Page 348 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 348

XX əsrin Norveç hekayələri

                   Üç nəfər hər şeyi bilirdi. Onlar məhkəməyə gedib, yalan
               məlumatlar verdilər. Bunu niyə elədilər? O, indi bu suala cavab
               verə bilməzdi. Amma bilirdi ki, onlar belə etməməliydilər.
               Həqiqəti söyləməliydilər. Həqiqəti söyləməliydilər ki, o,
               arxasınca bütün körpüləri yandırıb, yeni həyata başlaya bilsin.
                   – Qulaq asın, – bütün iradəsini toplayıb, özünü ələ almağa
               çalışdı. – İkiniz də qulaq asın. Mən sərxoş idim. Lül-qənbər
               idim. İndicə gedib, hər şeyi boynuma alacağam.




















         348
   343   344   345   346   347   348   349   350   351   352   353