Page 352 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 352

XX əsrin Norveç hekayələri

               kənara atır, arada bədəninin ağırlığını bir ayağından o birinə
               ötürür, arabir də taxta kimi olmuş çiyinlərini rahatlamağa
               çalışa raq belini dikəldir.
                   Nə barədəsə düşünmək lazımdı. Ona elə gəlirdi ki, işdə
               sonsuz təkrarçılıqdan beynində də ancaq təkrarçılıqdı, fikirlər
               beynindəki millərdə eyni dairə ətrafında hərlənir. O millərin
               birində uşaqlar fırlanır (bircə məktəbdə hər şey yolunda gedə,
               velosipedlə bir az ehtiyatlı olalar, evi darmadağın eləməyələr,
               paltarlarını cırmayalar, onlara tapşırılan işləri yaddan çıxar -
               mayalar). Adəti üzrə, sinəsi daraldı, ürəyi sıxıldı: uşaqlarla
               daha şəfqətli, daha şən davranmaq, daha çox məşğul olmaq
               lazımdı. İkinci milin ətrafında mənzil, müxtəlif ev işləri (nəyisə
               düzəltmək lazımdı, nəsə təcili alınmalıdı, hansısa hesablar
               hələ ödənməyib) fırlanır. Bu millərin birində bir çox şeylərlə –
               hesablarla, avtomobiliylə və təmirləriylə birlikdə Sven fırlanır -
               dı. Yenə də ürəyi sıxıldı: zavallı Sven, səkkiz saat bişirmə sexin -
               də sobanın qarşısında vaqonetlərlə əlləşir, axşam da onun kimi
               cavan yaşında qocalmış, torpaq rəngdə üzü, cansız saçları,
               çiyinləri ağrıyan, ayaqlarında ağırlıq olan arvadıyla evə gedir...
               və beyninin içindəki mildə boşluq... Bir vaxtlar texniki peşə
               məktəbi barədə danışırdı, oxuyub elektrik olmaq istəyirdi.
         352   Amma qapıların bu tayına düşdünmü, hesab elə ki, geriyə yol
               yoxdu. Hər halda, onun üçün.
                   Uşaqlar balaca olanda bir neçə il evdə oturmuşdu.
               Çətinliklə dolanırdılar. Sven nə iş olsa görürdü, gah rəngsaz,
               taxtapuş ustası işləyir, gah da adi fəhləlik eləyirdi. Onun özünü
               belə əldən salmasını gördükcə ürəyi parçalanırdı. Onun
               qazandığı pulu xərclədiyinə, üstəlik də, heç nəyə çatmamasına
               heç cür alışa bilmirdi. Qəlibləmə sexindəki işinə qayıdanda
               başlanğıcda çətin oldu, yarımgünlük işə düzəlmək arzusun -
               daydı, axşamlar uşaqlarını yataqlarına uzadıb, yorğunluqdan
               ölü kimi düşürdü. İndi isə başqa növ yorğunluq hiss edirdi, indi
               başıdumanlı gəzirdi. Beynindəki millərsə getdikcə daha ağır
               fırlanır və içərisində daha az fikir dolanır.
                   Yeşikləri bir-birinin yanına sıx-sıx düzdü. Birində qırmızı və
               ağ petuniyalar, digərində alabəzək bənövşə və qərənfillər.
   347   348   349   350   351   352   353   354   355   356   357