Page 355 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 355

Byorq Vik

          Onların bir-biri haqqında lap az şey bildiklərini, ümumi
          cəhətlərinin olmadığını fikirləşəndə adama qəribə gəlir.
             İrəlidə, qəlibləmə masasının üzərinə əyilmiş qoca Hedvi -
          q in kürəyini görür. Hedviq qırx dörd ildi bu işdədi. Son qiy -
          mətlə ndirmədən bəri hər saatına on kron alır. Zavodda iyirmi
          il işləyəndən sonra yazıq qadın hər saata beş ere əlavə maaş
          alırdı, yəni uzunmüddətli xidmətə görə əlavə kimi. Həm
          gülməlidi, həm ağlamalı. Həmkarlar ittifaqına üzv olmasının
          iyirmi beş illiyi münasibətilə qızıl nişan almışdı. Bir neçə ildən
          sonra işdən gedəndə isə uzun və davamlı xidmətlərinə görə
          iki, ya da üç min kron alacaq.Bir də, əlbəttə ki, vaza.
             Qun deyir ki, onlar laqeyddirlər, kənarda qalmaq olmaz,
          gərək öz fikrin olsun, iclaslarda iştirak eləyəsən. Onun
          dediyinə görə, kişilərin, demək olar ki, hamısına saata on beş
          kron maaş verirlər – guya o deməsə, özümüz bilmirdik.
             İclaslarda iştirak eləmək? Onlardan hansı belə iclasda çıxış
          eləməyə cəsarət edər? Nə danışacaqlar, eyni işi necə yerinə
          yetirdiklərindənmi? Kimdi onları dinləyən?
             Arvaddılar ki, arvad. Onların haqqında məhz belə düşü -
          nürlər. Buna görə əməkhaqları da başqadı. Onların yeri evdi.
          İstehsalata gələnlər də (əgər onları da bütün xanım-xatın
          qadınlar kimi saxlayacaq bir kişi yoxdusa) bəxtlərindən küssün -  355
          lər. Hə, əgər ikisi də işləyirsə, onda qoy əri “sağ ol” de sin ki,
          ar va dı da azdan-çoxdan qazanır.
             Burada qadınların işləməyi heç lazım da deyil. Gəl indi
          iclaslara get, öz gücünə inan, insanları sözünü dinləməyə məc -
          bur elə.
             Qun deyir ki, əvvəl-axır anlamalıdırlar: əgər biz normal
          maaş alsaq, onda ailədəki məsuliyyəti də yarı bölərik.
             – Çox onlara lazımdı bölmək, – İnger etiraz edir, – onlar
          bölüşməkdənsə, özlərini bütünlüklə işə həsr etməyə hazır dılar.
          Başa düş, onlar üçün əsas məsələ bizə hökm eləməkdi.
             Qun soruşur ki, belə bir şeyə necə dözürlər. Əlbəttə, onun -
          çün soruşmaq asandı. Cavandı, ərdə deyil, uşaqları yoxdu, hələ
          yorğunluqdan başıdumanlı gəzmir. Zavodda onun haqqında
   350   351   352   353   354   355   356   357   358   359   360