Page 350 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 350
XX əsrin Norveç hekayələri
Liv
irdən fikir verdi: əri yaşıl, kirli köynəyini geymişdi,
Bmaşını işə salıb tənbəki dalınca getməyə hazırlaşırdı.
Qadının elə bil içində nəsə qırıldı – mətbəxlə vanna otağının
arasında yarı yolda dayandı, kədərli halda dedi:
– Elə bu köynəkdə gəzəcəksən?
Onun gedişindən, sərt qışqırıqlarından sonra ölü sükut
çökəcək, uşaqlar qorxub baxışlarını gizlədərək yanından
dinməz-söyləməz ora-bura qaçacaqlar. O, uşaqlara nəsə verə
bilmək üçün şkafda eşələnir, bir qutu peçenye tapır, sonra
yarımçıq qalmış paltarları yuyub qurtarmaq üçün vanna
otağına keçir. Belini dikəldir, saçını əliylə alnından geri atır,
tərləmiş güzgüdə üzünə baxır – sərt, amansız, yorğun və ölgün
gözlər.
Saat zəng çalır, əqrəblər altıya on beş dəqiqə qalmışı gös -
tərir. O, qollarını uzadır. Qollar.
Hərəkətlə eyni zamanda beynindən sürətlə bir fikir keçir:
əllər, onlara lazım olan budu, başqa heç nə.
350 Ağır-ağır vanna otağına keçir. Bir addım, iki addım... Bu,
nərdivanla yuxarı dırmanmağa bənzəyirdi. Aşağı boylanmaq
olmaz, yoxsa başın hərlənər, irəli və geri baxmaq olmaz, yoxsa
müvazinətini itirərsən. Sonra... nə qədər ki, Sven vanna
otağındadı, əynini geyinir. Uşaqların paltarlarını yoxlayır, onlar
üçün zəngli saatı qurur, qəhvə içir, yol üçün hamıya buterbrod
hazırlayır, balaca kağıza yazır ki, oğlanlar pilləkənləri yusunlar,
əgər yağış başlasa, ipdən paltarı yığsınlar, südü içib çörəklərini,
kartofu yesinlər və çəkmələrini təmizləməyi, velosipedlərini
gizlətməyi unutmasınlar.
Yeddiyə iyirmi dəqiqə işləmiş onlar artıq öz məhəllələrində
evlərin arasıyla maşınla gedirlər. Qadın yarımürgülü halda ön
oturacaqda büzüşüb oturub. İlk illərdəki gümrahlıq və təzə-
tərlikdən əsər-əlamət də qalmayıb. Soyuq, təmiz hava, qəzet -