Page 354 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 354
XX əsrin Norveç hekayələri
hündürlükdəki qalağa təxminən yüz boşqab gedər. Deməli,
min boşqab – on metr eləyir, gün ərzində isə o, iyirmi beş metr
hündürlükdə qalaq düzəldir. Bir həftəyə bu qalaq əsl boşqab
qalasına çevrilir – yüz iyirmi beş metr! Bəs dörd həftəyə bu
hündürlük nə qədər olur? Dörd aya, dörd ilə, səkkiz ilə nə
qədər olar? Eyfel qülləsinin hündürlüyü üç yüz metrdi. Üç
həftəyə Eyfel qülləsindən hündür boşqab yığını cilalaya bilər.
Görəsən, bütün bu illər ərzində boşqablardan nə qədər Eyfel
qülləsi düzəldib? Belə hündür dağ barədə düşündükcə başı
fırlanmağa başlayır, qolları boşalır, başqa şeylər haqqında
düşünməyə çalışır.
Maraqlıdı, kontor işçilərinin nə işlə məşğul olduğunu
hesablayıb? Nə qədər kağız yazırlar, bir gündə neçə telefon
zənginə cavab verirlər? Gülməlidir. Onlar istədikləri vaxt zavo-
dun ərazisindən kənara çıxa bilirlər, mağazalara, diş həkiminə
gedirlər. Onlara iş vaxtı öz işlərinin dalınca gedə bilmələri üçün
izacə lazım deyil və heç kim buna görə maaşlarından kəsmir.
Onların aldıqları əməkhaqqı barədə hərə bir söz deyir. Guya
onlar ən yüksək maaşlı işçilərdən iki dəfə artıq əməkhaqqı alır.
Heç kim dəqiq bilmir, hərə bir söz eşidib. Amma bir şey
məlumdu ki, onlar kotteclərdə yaşayırlar, özlərinə bağ evi
354 tikirlər, köhnə avtomobillərini yenisi ilə əvəz edə bilirlər.
Kontor işçisi olan xanımlar sexdən keçəndə işçi qadınlar
onların geyiminə, saçlarına, əllərinə baxa-baxa qalırlar. Çoxları
işini dəyişib günəmuzd və saathesabı ödəniş zülmündən, eyni
yorucu hərəkətlərdən canını qurtarmaq istəyir. Bəziləri aylıq
maaşa keçə bilmək üçün hər yola gedirlər.
Qun həmrəylikdən dəm vurur. Gözəl sözdü, amma daha
çox mahnı və təntənəli nitqlər üçün yararlıdı. Bu adamların
böyük hissəsi isə sadəcə buradan qopmaq istəyir. Uzun illər
başıdumanlı gəzəndə, heyvan kimi ağır işlə məşğul olanda və
başqalarının da bu əziyyəti çəkdiyini görəndə insan nəcib
hisslərini də itirir.
Zavodun istehsalat korpusunu inzibati binadan ayıran da -
xili həyət... Bu həyət dünyanı iki yerə bölür, iki fərqli aləmə.