Page 356 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 356
XX əsrin Norveç hekayələri
çox şeylər danışırlar, guya abort eləyib, guya qəlib ləmə
sexində qiymət tarifini ona görə aşağı salıblar. Həmkarlar
təşkilatında da çox fəallıq eləyir, kişilərdə özü haqqında
təəssürat yaratmağa həvəslidi.
Əllər işləyir. Onların əlləri. Özləri isə inək kimi dəzgah -
larının yanındaca durub, sağılmaqlarını gözləyirlər.
Kaş təkrar-təkrar eyni işi görməkdən qurtula bilə... Kaş hər
şeyi dəyişmək mümkün ola... Axı onlar heç nədən baş
çıxarmırlar: nə istehsal prosesindən, nə texnologiyadan, nə
xronometrajdan. Bunu onlara heç kim öyrətməyib. Qun faiz
gəlirlərindən, özünüidarə briqadalarından danışır, deyir ki,
onlar kollektiv məsuliyyət daşıya bilərdilər, bir-birini əvəzləyər,
işlərini daha rəngarəng edərdilər. Amma onlar belə işləməyə
alışıblar və hər hansı bir dəyişiklik eləməyə, çətin ki, cəsarət
edələr. Bir də gördün, əməkhaqlarını endirdilər, ya da işlərini
daha da ağırlaşdırdılar.
Cümə gününün axşamı mənzili yığışdırır. Şənbə günü
yataq dəyişəyini yenisiylə əvəz edir və ya pəncərələri silir,
saçlarını yuyub səliqəyə salır, nahardan sonra mətbəx şkafını
qaydaya salır və ya şirniyyat bişirir. Əgər bazar gəzintisi
356 planlaşdırılıbsa, onda bazar gününün naharı da indidən
hazırlanmalıdı. Özü də bilir ki, pəncərələri hamıdan çox o
təmizləyir, paltarları da tez-tez yuyur. Qun ona deyir ki, boş-
boşuna vaxtını itirirsən və özünü əldən salırsan. Eh, Qun belə
şeyləri başa düşməz, başqasının ürəyindən nə xəbərin olsun.
Qonaq otağına keçir, masanın üstündə içərisində qırmızı
petuniya olan vaza var. Taxtın üzlüyünün rəngi gedib. “Mebeli
özün üzləməyi öyrən” kursuna yazılmaq heç fəna olmazdı.
Bəlkə, başqa kursa, məsələn, “İngilis dilini öyrənin” və yaxud
da “İstehsalatda demokratiya nə deməkdi?”, ya da “Lazım olan
malı necə seçməli” kurslarına. Öz-özünə gülümsəyir: bunlar
mə nim içimdəki fərqli şəxsiyyətlərdi, elə hey inkişafımızla bağlı
narahatlıq keçirirlər. Onların varlığından özünü yalnız zavallı
və səfeh kimi hiss eləyirsən, çünki heç nəyi çatdırmırsan.