Page 359 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 359

Byorq Vik

             Qadınlar bir-birinə baxırlar, solğun sifətləri yaz işığında
          bomboz görünür, siqaret, kibrit, qəhvə fincanı tutmuş quru,
          kobud əlləri ora-bura hərəkət edir. Artıq heç biri gülümsəmir,
          danışmır, təkcə Qun bayaqkı kimi gözünü onlardan ayırmır.
          Sanki öz sükutuyla onları sınağa çəkir. Liv görür ki, onun
          əvvəlki qaynarlığı və coşqunluğu qalmayıb. Qızın gənc, enli
          üzündə yeni – peşmanlığa yaxın ifadə yaranıb. Çoxdan tanıdığı
          və yaxşı bələd olduğu bu qadınların hissləri Livə aydındı. Aq-
          nesin və İngerin canına işləmiş yorğunluq və Qunda yaranmış
          peşmançılıq duyğusu da (bəlkə də, onunçün ən ağır olanı elə
          bu peşmançılığı görməkdi) ona aydındı.
             Yenidən hər kəs öz dəzgahının başındadı? Adət elədikləri
          səslər, hərəkətlər... Bu, adamı dərhal sakitləşdirir, təkrarçılıq
          bütün hissləri yatırır. Heç kim saatlarla ayaq üstə dayanıb eyni
          işi yerinə yetirməyə və bununla yanaşı, hiddətlənmək və ya
          ümidsiz fikirlərə qapılmaq iqtidarında deyil. Bu işin ən yaxşı
          tərəfi də elə bundadı – kütləşirsən və tamamilə laqeyd olur-
          san. Qun, əlbəttə, deyəcək ki, ən pis tərəfi budu.
             Kaş ki bu boşqab qülləsi olmayaydı. Həmin qüllə onu
          davamlı şəkildə təqib edir. Getdikcə böyüyür, az qala, göydələn
          hündürlükdədi, yüngülcə yırğalanaraq qarşısında durub,
          günlərin bir günü üstünə aşmaqla hədələyir onu. Elə hey  359
          fikirləşir, görəsən, günlərin bir günü hazırladığı qabların əmələ
          gətirdiyi o dağı görə bilsə, yəqin ki, dəli olar. Necə ki bir dəfə
          İda durduğu yerdə qəfildən quruducu şkaflara cumub bütün
          vaqonetləri vurub yıxmışdı, ətrafda hər şeyi dağıtmışdı,əməlli-
          başlı dəli olmuşdu, axırda onu birtəhər tutub sexdən çıxarmalı
          olmuşdular. Bəlkə, İdanın gözünə o dağ görün müşdü?
             İngerin dodağını dovşan kimi çeynəməsini xatırlayır,
          avtoqoşqu üçün pərdə tikən və o qoşqunu almaq üçün pul
          yığan Aqnesi xatırlayır. Aqnes çılpaq əlini şirənin içinə salır və
          bir-birinin ardınca fincanları minalayır, gündə on iki min fincan.
          Və buna rəğmən, hələ də yeməkxanada oturub gülməyə güc
          tapır. Onun gülüşü digərləri üçün təsəlli və dəstəkdi. Bunlar
          olmasa, qızlar, bəlkə, heç dözə bilməzdilər.
   354   355   356   357   358   359   360   361   362   363   364