Page 363 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 363

Byorq Vik

          anbarı və bugünkü iclası düşünür, Qunun nahar fasiləsindəki
          sifəti gözünün qabağına gəlir.
             O, paltarları yığışdırarkən küçədə oynayan uşaqlar da evə
          gəlirlər, səs-küy başlanır, mətbəxdən özlərinə çörək, ət
          gətirirlər. Kay televizoru yandırır. Bu vaxt qonaq otağına
          girəndə uşaqların yerə süd tökdüklərini görür. Birdən gözləri
          dumanlanır, uşağın üstünə qışqırır və üzünə bərk şillə vurur.
          Uşaq üzünü yana çevirir, amma Liv onun quru, yaşsız
          gözlərindəki soyuq baxışları yaxalamağa imkan tapır. Uşaqlar
          onun sərt səsinə və ağır əlinə artıq öyrəşiblər. Düşmən kimi
          baxan uşaqların susqunluğu onu qalın divar kimi əhatə edir.
          Birazdan qırmızı şalvarı və gödəkcəsi əzilmiş, pivə və mazut iyi
          verən Sven evə qayıdır. Ondan niyə iclasa getmədiyini
          soruşanda gözündən yaş sel kimi axır.
             Ağlayır və qorxu içində öz hönkürtüsünə, xırıltılı səs
          çıxaran hıçqırıqlarına qulaq asır. Ağlayır, gözünün qarşısında
          isə qapıda donub-qalmış uşaqları, Svenin iri, köməksiz əlləri,
          pəncərədən boylanan bahar axşamı və iştirak etməyəcəyi iclas
          canlanır. Ürəyində böyüyüb haraya çevrilən bir fikir yetişir,
          formalaşır: “Kimdi onlar? Necə adamlardı? Onun həyatını
          kimlər belə eləmişdi?”
                                                                   363
   358   359   360   361   362   363   364   365   366   367   368