Page 365 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 365

Eynar Ekland



                                Azadlıq


                 nlar həmişə deyirdilər ki, ondan heç nə çıxan deyil,
             Oheç nə də gözləməyə dəyməz. Belə sözləri o, tez-tez
          eşidirdi.
             Onlar, yəni ev sahibləri.
             İndi görərlər ki, ondan bir şey çıxacaq, ya yox.
             Osteyn sevincdən hətta başını da buladı. Görəcəklər.
          Nəhayət ki, görəcəklər. Daha bəsdir.
             İş sahiblərə çatanda o, birini digərindən ayırmırdı. Onlar
          onun qarşısında divar kimi asılmışdılar, yaxud tanış və keçilməz
          meşə kimiydilər. Bu vaxtadək ev sahiblərinin yalnız sevincini
          görmüşdü. İndi isə birdən-birə artıq belə olmayacaqdı. Onun
          hətta halı da pisləşdi. Görünür, gec-tez hamıya nəyəsə dözmək
          lazım gəlir.
             O, yüngül addımlarla evə tərəf gedirdi. Gözəl yerişi vardı,
          bunu onlar heç vaxt danmırdılar. Fikirləşdi ki, burada az adam
          bu cür gözəl yeriməyi bacarır. Yolun kənarında xırda çəpər,
          ayaqların altında da dənəvər qum. Çəpəri, həqiqətən də,
          zəruri saymaq olar. Məsələn, ayaqlarını onun arxasında   365
          gizlətmək üçün.
             Yox, muzdur gərək belə düşünməsin. Muzdur hər şeyin
          düzgün olduğuna şəksiz inanmalıdır. Amma ürəyin istəyən
          kimi düşünmək əcəb xoşdur və bu gün onun buna haqqı
          çatırdı.
             Necə istəyirəmsə, elə də düşünürəm.
             Bu poçtmeyster də qəribə tipdir, inanmaq istəmirdi ki,
          həmin adam mənəm. Daha burada neyləyəsən, çarə nədir?
             – Sənin biletin uduşun yarısına düşüb, – dedi. – Sən yalnız
          yarısını alacaqsan.
             Onun səsi də ciddi idi.
             – Əl çəkin yaxamdan.
             Osteyn də ciddiləşdi.
   360   361   362   363   364   365   366   367   368   369   370