Page 367 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 367
Eynar Ekland
qorxurdu, axırda qorxusu Osteynə keçdi. Heç baş açmaq da
olmur ki, niyə. Osteyn çıxıb getdi və daha görüşmədilər. Hər
şey bitdi.
Hə, Osteyn orada hər şeylə, hamıyla qurtardı.
– Sən heç tələsmirsən.
Sahib dolu ağızla danışırdı. Sanki bu sözləri bayaqdan
ağzındakı yeməklə bir yerdə çeynəyirdi.
– İşlərim vardı.
– Haqlısan, biri tez işləyir, o biri isə əlləşir. Bəs səni
gözləyirlərsə, doğrudan, bunun əhəmiyyəti yoxdur?
Cavab vermək lazım deyil. Osteyn nə vaxt susmaq lazım
gəldiyini bilirdi. Amma bu gün başqa səbəbdən susurdu.
– Götür ye, – sahibə döşünü içəri salıb dedi.
Keçib öz yerində oturdu. Buz kimi sakitlik əl-qolunu
bağlamışdı. Adamın bu dərəcədə sakit olması qəribədir. Elə bil
kətil, yaxud döşəmədir. O, mətbəxdəki bütün əşyalar kimi
soyuq idi. Qəhvə də soyuq idi.
– Olub ki, mən daha yaxşı qəhvələrin dadına baxmışam.
Söz dilindən qəfil çıxdı. Əlbəttə, bu sözləri dilə gətirmək
lazım deyildi, amma neyləsin, onlar ağızdan öz-özünə çıxdı.
Osteyn acıqlandı.
– Bəs necə, axı sən yaxşı qəhvə içməyə adət eləmisən! 367
Bax belə! Qaş düzəldən yerdə göz çıxartmaq! Yetər!
– Burda mən eləsini içməmişəm.
– Bəlkə, öz evində içmisən?
Əlbəttə, onun da evi vardı! Havadan yaranmayıb ki!
Düzdür, harada və necə yaşadığını iyləyib tapıblar. İçində nifrət
qaynadı. Evlərində bolluq deyildi, burası məlumdur. Amma
istəmirdi ki, bu barədə ona xatırlatsınlar. Hamısı da atasının
ucbatından – pulu əlində saxlamağı bacarmadı, əlinə pul
düşən kimi onu nəyə gəldi xərcləyib axırına çıxdı. Verən adam
xoşbəxtdir, alan adam yox – atası həmişə belə deyirdi. Amma
Osteyn xoşbəxt deyildi. Bildiyi qədər, heç atası da xoşbəxt
deyil. Anası belə həyata dözmədi, ölüb getdi. Onda Osteyn beş
yaşındaydı. Bəyəm bu, onun günahıdır?