Page 371 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 371

Eynar Ekland

             Bilet irəli uzadılıb. Hər iki əllə tutduğu bilet. İndi bu əllər
          çox güclüdür.
             – Yetmiş beş min bəsindi? Hə, nə deyirsən? Bilirdim ki, o
          dəqiqə yumşalıb muma dönəcəksən. Hə, belə muzdurlara
          öyrəşməmisən? Bəlkə, yerlərimizi dəyişək, istəməzsən? Dillən
          görüm!
             Cavab gəlmədi, amma nəsə dəyişdi. Nəsə azadlığa çıxdı.
          Elə sahibin özündə də. Onun içində dəlisov bir çılğınlıq baş
          qaldırdı və o, sıxılıb yumağa döndü. Sonra hökmranlıq öz
          sözünü dedi.
             Gicgaha dəyən zərbə amansız idi. Osteyn yıxıldı, arxası
          üstə daş döşəməyə sərildi. Və yıxılarkən hər şeyin bitdiyini
          başa düşməyə macal tapdı.
             O, azad oldu və bu, azad olmağın yeganə yolu idi.










                                                                   371
   366   367   368   369   370   371   372   373   374   375   376