Page 368 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 368
XX əsrin Norveç hekayələri
– Nəsə bu gün yaman gec gəldin. Yadından çıxmayıb ki,
sən hələ inəkləri də yemləyib sağmalısan?
Ən yaxşısı – səhərin açılmasını gözləməkdir. Sabah
eşidərlər. Bilməyə hələ imkanları olacaq. Qoy sabaha qalsın,
indidənsə sabah yaxşıdır.
Qapını itələyib çıxdı. Bildiyi söyüşlərin ən yağlıları içini
yandırıb-yaxırdı. Elə bil benzin gölməçəsinə kibrit çəkmişdin.
Amma içində söyürdü.
İnəklər tövləyə salınanda, sağılıb yemlənəndə artıq
axşamdan xeyli ötmüşdü. Fikirləşdi ki, axırıncı axşam belə də
olmalıdır. Sabah hər şey baçqa cür olacaq.
“Bu gecə, onsuz da, yata bilməyəcəm.”
Hə, yuxu gəlmirdi, amma bu, vacib deyildi.
“Puldan necə istifadə edəcəm?
Onu sahiblərin idarə etdiyi banka qoya bilmərəm ki. Orada
pulların başına nə oyun istəsən, açarlar.
Bəlkə, maşın alım? Gözqamaşdırıcı işıqları olan yumşaq
oturacaqlı yaşıl, qəşəng bir maşın.” Amma özünü qəsdən
şirnikdirirdi, hərçənd yaxşı bilirdi ki, pulu sərf edəcəyi şey av-
tomobil olmayacaq.
Bax ev – başqa məsələ. Meşədə, təpənin yamacında
368 hündür, qırmızı ev. İki qıfıllı. İki açarlı. Biri yekə və ağır, o biri
qəliz kilidə düşən balaca açar. Hələ evin yanında meyvə
yetişdirmək, qışda gavalı və armudun dadına baxmaq üçün
örtülü şitillik də olacaq.
Özünə belə bir ev alması tamamilə mümkündür, həm də
ağlabatandır.
“Bəs əgər ora kimsə gəlsə? Birdən məni orda da dinc qoy-
masalar?”
Ağlından keçən bu fikir onu dilxor elədi: “doğrudanmı mən
heç vaxt onlardan canımı qurtara bilmərəm?”
Yaşıl lotereya biletini diqqətlə gözdən keçirdi.
Bax bu, odur.
Buradadır. Ondadır.
Əgər onlar – bu dəqiqə aşağıda yuxu bişirənlər məsələni
bilsəydilər, onların da gözünə yuxu getməzdi. Onda heç qəhvə