Page 366 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 366

XX əsrin Norveç hekayələri

                   – Bizdə heç vaxt bu qədər udan olmayıb. Xırda məbləğdə
               udublar.
                   – Bilirəm.
                   – İndi sən neyləyəcəksən?
                   Poçtmeyster həddən ziyadə arıq və balacadır. Nəsə cılız və
               miskindir. Bəs əgər qazanc və zəhmət baxımından nəzər sal-
               saq, onda poçtmeyster nə olan şeydir?
                   – Baxarıq. Əvvəlcə pulları almaq lazımdır. Düşünməyə hələ
               vaxtım var.
                   Bu cür suala yaxşı cavabdır. Sualları mən verməliydim, o
               yox. Axı mənim başımı nəylə doldurmaq istəyirdi?
                   Osteyn içində nifrətin necə qımıldandığını hiss etdi. Ayaq
               saxladı ki, nəfəsini dərsin, sonra yenə yoluna davam elədi. İrəli,
               irəli! Onlar gözləyirlər. Bax adam gedir, amma tez də gedə
               bilərdi. Əgər istəsəydi.
                   Mən onlar kimi olmaq istəmirəm. Onlardan azad olmaq
               istəyirəm. Fürsətdən istifadə etmək lazımdır.
                   Xəfif külək yolun qumunu tərpədir. Küləyi qamarladı,
               kənara atmağa cəhd elədi, amma əlindən saldı. Yenə qamar -
               ladı və yenə əlindən saldı.
                   Yaxşıdır – qarşıdan əsən külək deyil.
         366       Fikirləşdi ki, qoy onlar da gözləməyə alışsınlar.
                   Ev sahibi masa arxasında qaşqabaqlı oturmuşdu. Osteyn
               hamıya deyirdi ki, o, xalis şeytana oxşayır.
                   Sahibə çağanı əmizdirirdi. Uşaq onların ilkiydi, hərçənd
               yeddi ildi evlənmişdilər. Qadın heç nədən utanıb-eləmirdi.
               Osteynin burada olmasını vecinə almadan çiyinbağını aşağı
               salıb yastı, uzun döşünü çölə çıxarmışdı. Döşü solğun idi. Hətta
               döşünün giləsi də. Osteyn ağ dərinin altındakı göy damarları
               da görürdü. Bundan iyrənc mənzərə ola bilməzdi. Hər dəfə
               görəndə ödü ağzına gəlir, qusmaq istəyirdi. Amma özünü elə
               göstərirdi ki, guya heç nə görmür. Utandığını büruzə vermək
               istəmirdi, halbuki bunun ayıb olduğunu bilirdi.
                   Laylanın döşü belə deyildi – əlinin altında istiliyini,
               yumşaqlığını, bərkliyini hiss edirdi. Amma Layla hər şeydən
   361   362   363   364   365   366   367   368   369   370   371