Page 362 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 362

XX əsrin Norveç hekayələri

                   Günün qalan hissəsi adət elədiyi vurnuxma ilə keçir.
               Təkrar-təkrar eyni işləri görür. O işlər onun həyatını dəyişmir,
               ümumiyyətlə, heç nəyi dəyişmir. O özü də bilir, əlinin heç vaxt
               çatmayacağı çox şeylər, məsələn, heç vaxt oxumayacağı
               kitablar və qəzetlər, heç vaxt görüşməyə vaxt tapmayacağı in-
               sanlar, heç vaxt öyrənə bilməyəcəyi şeylər var. O itkilərin yerini
               doldurmağın mümkün olmadığını düşünür və bu fikir ürəyinə
               ağırlıq edir.
                   Hər şeyin günahkarı özü deyilmi? Təhsil ala bilməmişdi,
               özünə başqa iş və başqa ər tapa bilməmişdi. Bu barədə çox
               düşünürdü, təkrar-təkrar eyni fikirlərə qayıdırdı, hər şeyin
               başqa cür yox, məhz belə olduğu üçün özünü məzəmmət
               eləyirdi.
                   İndi isə fərqli düşünür: hər şey o qədər də sadə deyil,
               arxasında aydın görə bilmədiyi və yalnız hissiyyatının ona
               pıçıldadığı nəsə gizlənir. Onunla Sven elələrindəndir ki onları
               müəyyən oyunlara cəlb edir, şirələrini yaxşıca sıxıb çıxarırlar
               və təkrar oynamağa gücləri qalmır. Oyunun mahiyyəti də elə
               bundadı, hər şey bunun ətrafında sutkanın iyirmi dörd saatı
               fırlanır və həmişə fırlanıb. Ağlı kəsəndən belə olub, məktəbi
               bitirəndən bəri, valideynləri ilə yaşayıb oradan qurtulmaq
         362   haqqında, bəzən də başqa şeylər (məsələn, başqa dayanacaq,
               başqa geyim, başqa insanlar) haqqında xəyallar qurduğu za-
               manlarda da eyni cür fırlanıb. Arxasınca zavodun qapıları ilk
               dəfə örtüləndə öz yolunu özümü seçmişdi? Yoxsa nə isə onun
               iradəsindən asılı olmayaraq bu seçimi müəyyən eləmişdi və o
               məşum qapılardan başqa yolu yoxdumu?
                   Ütülənməmiş paltar yığını heç cür azalmaq bilmirdi, əgər
               qalanını sabaha saxlasa, ikigünlük nahar yeməyi hazırlamağı
               çatdırmayacaq. Adətən, çərşənbə günləri belə eləyirdi. Sven
               vanna otağında boruları təmizlədi, Stiqlə birlikdə velosipedi
               düzəltdi, indi də dostugilə, qayığı suya endirməyə yardım
               etmək üçün gedib.
                   Cərəyanı işıqdan ayırır, ütünü dəmirin üstünə qoyur,
               siqaretini çəkir. Ayaqları ağırlaşıb. Səliqəyə salmalı olduğu
   357   358   359   360   361   362   363   364   365   366   367