Page 358 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 358
XX əsrin Norveç hekayələri
Onlar son telefilm haqqında danışırlar. Sonra İnger
tikdikləri yeni evdən, Frederiklə birlikdə gecəyarısına qədər
sahədə işləməklərindən, səhər yuxudan oyana bilməmə -
sindən danışır. İnger həmişə alt dodağını çeynəyir – bu, təzə
yaranmış vərdişdi, dovşan kimi dodaqlarını oynadıb çeynəyir.
Aqnes almaq istədikləri turistik avtomobil qoşqusundan
danışır. İçərisində tualeti və yuyunma otağı da varmış, o da
pərdə tikəcəkmiş.
– Bu axşam iclas var, yadınızdan çıxmayıb ki? – Qun soruş -
du.
– Bu gün mənim paltar yumaq günümdü, – Aqnes deyir.
– Briqadalara bölünmə məsələsini, hansı biclik hesabına
qadınları az maaşlı işlərdə yerləşdirmələrini müzakirə edəcə -
yik. Mütləq gəlin.
– Biz əsas divarı betonlayıb bitirməliyik, – İnger deyir.
– Liv, sən gələcəksən?
– Çalışaram.
– Yox, siznən dil tapmaq mümkün deyil, – Qun narazılıq
edir, – nə qədər ki siz hər şeyə belə biganəsiniz, nəsə əldə
eləmək mümkündürmü?
– Əşi, onsuz da, bizə heç kim qulaq asan deyil.
358 – Əlbəttə, evdə oturub paltar yusanız, televizora baxsanız,
heç kim qulaq asmaz.
– Bəs paltarı bizim əvəzimizə kim yuyacaq? – Aqnes
soruşur. Gözlərində təbəssüm sezilir.
– Siz məgər ev işlərini bölüşdürməmisiniz? – Qun deyir, –
yoxsa evdə də yük sizin belinizdədi, hə, zavallı kölələr? Bunlara
necə dözürsüz, başa düşmürəm.
Aqnes gülüb, dirsəyiylə İngeri vurur:
– Rolf bununçün paltar yuyacaq? Frederik də köynəkləri
ütüləyəcək, şalvarları yamayacaq.
– Mən bilən, bu vəziyyət sizin də xoşunuza gəlir, – Qun
deyir, – belinizdə yük daşıyıb, özünüzü əldən salırsız.
– Doğru deyirsən, – Liv razılaşır, – biz, doğrudan da, kölə -
yik. Nəyə desən, dözməyə razıyıq, buna görə də heç nə dəyiş -
mir.