Page 360 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 360
XX əsrin Norveç hekayələri
Onlar oturub televizorda şənbə proqramına baxırlar,
oğlanlar tərtəmizdi, çimiblər, buterbrodlar yeyilib, pivə içilib.
Əsnəyir, çiyinləri dəhşətli dərəcədə ağrıyır. Yuxarı qonşularının
bu gün qonaqları var, musiqinin gurultusu və gülüş səsləri
dalğa-dalğa bütün binaya yayılır. Sven Kayı dizlərinin üstündə
oturdub, ikisi də ekranda nəyəsə baxıb gülür. Sabah bazar
günüdü, yəqin, hər şey həmişəki kimi olacaq: maşınla gəzinti,
termosda qəhvə, ola bilər ki, futbol oyunu və ya itlərin sərgisi,
sonra valideynlərin evinə gediləcək, bacılar, qardaşlar, uşaqlar
haqqında, xəstəliklər, pul, bağ, qayıq haqqında həmişəki
söhbətlər... Sonra evə qayıdacaqlar, bazar günü göstərilən
telefilm... Sonra paltar isladacaq ki, bazar ertəsi yusun, qarşıda
yeni iş həftəsi var.
Sven uşaqları yataqlarına uzadır, o isə bu müddətdə qab -
ları yuyur. Öz-özünə: “Hər şey qaydasındadı, Liv – deyir, – za -
vo dun həkimi dedi ki, hemoqlobinin əladı, təzyiqin də,
ümu miy yət lə, hər şey əladı. Daha çox hərəkət etməyi və vita-
min qəbul eləməyi məsləhət gördü. Daha çox beyni hərəkət
elətdirmək yaxşı olardı, yoxsa başımdakı millər güclə fırlanır”.
Oğlanlarına xeyirli gecələr diləməyə, yanağını uşaqların
yumşaq dərisinə sürtməyə gedir. Bu gün onlardan sabun və
360
təmiz yataq dəstinin qoxusu gəlir, çox xoşdu. Qonaq otağında
Sven şüşəni və qədəhləri masanın üstünə qoyub. “Uşaqların
yatağına uzanmasını gözləyirmiş”, – mehribanlıqla ürəyində
fikirləşir.
– Sənin sağlığına, – Sven qıyıq gözləriylə bir zamanlar
olduğu kimi göz vurub deyir.
İçir ki, vodkanın köməyilə bir balaca ruh yüksəkliyi
yaransın. Yoxsa hər axşam yorğunluqdan ayaq üstə güclə
dayanır, özünü yatağa atıb arxasını ərinə çevirərək yatır. Yox,
əri heç nə tələb eləmir, onu məcbur eləmir, sadəcə olaraq,
sonra dilxor gəzir və buna görə də növbəti gün həmişəkindən
daha ağır keçir. Yadına düşür ki, bir dəfə Aqnes həmişə Rolfla
dalaşanda ayrı-ayrı restoranlara getdiklərini danışmışdı.