Page 361 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 361

Byorq Vik

          Öyünməyə şey tapdı da. Svenlə onun arasında isə hər şey
          qaydasında idi. Belə şeylər Svenin heç ağlına da gəlməz.
             Yuxarıdakı qonşunun uşağı yuxudan oyanıb ağlayır. İndi
          musiqi səsindən, ayaq tappıltılarından əlavə, bir də inadkar
          uşağın ağlamağı eşidilir. Svenin iri, cüssəli bədənini gördü. Bu
          bədənin işdən necə yorğun düşdüyünü bilir. Hər ikisinin
          bədəninin hər gün nə qədər ağırlığa dözdüyünü də bilir. Amma
          hər halda, bu bədənlərdə bir-birinə verə biləcəkləri, azca da
          olsa, sevgi qalmalıdı. Qəlbində elə sakitlikdi, elə boşluqdu ki...
          Bəs necə olur ki, hələ də nəsə hiss edə, nəyinsə xəyalını qura
          bilir, nəyəsə can atır?
             – Sənin sağlığına, – masanın üstündəki şamı yandıranda
          gülümsəməyə çalışaraq ərinə deyir.
             Dördə iyirmi dəqiqə qalmış dəhlizdən keçmək mümkün
          deyil. Əyinlərini geyinirlər, isti bədənlərin iyi naxış sexinin
          boya, toz, paltar, dəri qoxusuyla qarışır. Onun üçün bütün bun-
          lar bir nöqtədə birləşir: emal edilmiş insan bədəninin qoxusu.
          “Hər halda, xoş qoxu olmalıdı”, deyə fikirləşir, görəsən, niyə
          bu qoxu ona bu qədər pis təsir edir.
             Dördə on beş dəqiqə qalmış onları qapıdan bayıra bura -
          xırlar. Maşına oturmamışdan qabaq bir-iki şey almağa imkan  361
          tapır. Svendən də, elə onun özündən də emal edilmiş bədənin
          qoxusu gəlir, özü yaxşı bilir. Onun əllərinə baxır, bu əllər
          gündən-günə daha da kobudlaşır.
             Pəncərəyə baxarkən qəfildən bir kəşf elədi: alma və
          gilənar ağacının yarpaqları tökülmüşdü, onun isə heç bu
          ağacların çiçək açmasından belə xəbəri olmamışdı. Baxışları
          yol qırağındakı ağacların, kolların, alçaq çəpərlərin üzərində
          dayanır, bu bahar gününün, ən azı, bir parçasını içinə çəkmək
          istəyir. Bu gün gəzməyə çıxmaq yaxşı olardı, inciçiçəyi topla -
          yar dılar, təmiz hava alardılar, çiçəklərin qoxusunu ciyərlərinə
          çəkərdilər, meşə gilası yığardılar. Bilir ki, nahar hazırlamalıdı,
          qabları yumalıdı, soyuducunun buzunu təmizləməlidi, bir yığın
          ütülənməmiş paltarı var, hələ qış geyimlərini yığışdırmayıb.
          Anbarı da səliqəyə salmalıdı, aman Allah, nə qədər işi var...
   356   357   358   359   360   361   362   363   364   365   366