Page 357 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 357
Byorq Vik
Əynini dəyişir, saçını və üzünü cidd-cəhdlə səliqəyə salır.
Bu gün onun səhərdən axşama qədər dəzgahın arxasında
dayandığını heç kim başa düşməyəcək. Bu gün heç də başqala -
rından pis görünməməlidi. “Başqaları” dediyi də hamar, sığallı,
bəzək-düzəkli, xarici səfərlərə gedən, günəşdə yanan, bağça -
sında lalələr bitən, evində xidmətçiləri olan qadınlardı. Onların
bəzək-düzəyi də onunkundan fərqli, başqa cürdü, əyinlərində
bahalı paltarlar, sifətlərində diqqəti xüsusi cəlb eləyən
etinasızlıq var, sanki bütün bu şeylərin onlara bir o qədər lazım
olmadığını hiss elətdirirlər. Hər halda, ona belə gəlir. Sanki,
onlar özləri özlərinə rişxənd edirlər. O isə axmaq kimi öz xarici
görünüşünə, üstəlik, Svenin, uşaqların, ev-eşiyinin, pilləkən -
lərinin, pəncə rələrinin də görünüşünə bu qədər əhəmiyyət
verir.
Qəzetləri qalaqlayır, pərdələri düzəldir. Sven avtoyanacaq
stansiyasında maşını yudurdub evə gələcək, üst-başını dəyişə -
cək və onlar hər şənbə olduğu kimi alış-veriş üçün şəhərə yol-
lanacaqlar. O, qiymətlərə və mallara diqqət yetirəcək; nəyi
haradan almaq lazım olduğunu yaxşı bilir. Sonra kafeyə
girəcəklər, adama bir fincan qəhvə içəcəklər.
Birin yarısıdı, zəng çalınır, nahar fasiləsidi.
Əl-üzünü yuyub yeməkxanaya gedir. Həmişəki yerində – 357
Qun, İnger və Aqnes ilə eyni masa arxasında oturur. Sven bir
az aralıda, bişirmə sexindən olan dostları ilə birlikdə oturub.
Səslər, gülüşlər, irəli-geri çəkilən stulların tappıltısı... insanlar
girirlər, çıxırlar, piştaxtanın qarşısında növbədi. Günəşin par-
laq, gur işığı pəncərədən içəri şığıyır, kimsə pərdəni çəkir.
– Çox yorğun görünürsən, – Qun deyir, – yenə belin?
– Çiyinlərim, – Liv boru metal konstruksiyalı stulda yerini
rahatlamağa çalışaraq cavab verir.
Qun hamı üçün qəhvə gətirir. Hamı buterbrod paketlərini
çıxarır. Qunla, İngerlə, Aqneslə neçə dəfə buraya gəlib, oturub
və buterbrodlarını açıb, rəfiqələrinin ən fərqli şeylərdən
danışdıqlarına qulaq asıb, onların əllərinə, üzlərinə baxıb, on-
larla birlikdə gülüb, fikrə gedib, dilxor olub, hirslənib.