Page 353 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 353

Byorq Vik

          Bəlkə, pomidor şitilləri olan yeşik də yerləşər? O, torpağı
          sulayır, yumşaldır, solmuş ləçəkləri yolur. Aşağıdan, evlərin
          arasındakı ayaq altında qalmış çəpərsiz çəmənlikdən uşaqların
          hay-küyünü eşidir. Dayanacaqda saxlanmış maşınları, ipdən
          asılmış paltarları, içərisi qumlu oyun meydançalarını, velosi -
          pedləri, axşam günəşinin şüası düşən pəncərələri görür.
             Öz həyəti olan ayrıca evdə yaşasaydılar, çox şey, yəqin ki,
          başqa cür olardı. Maşın üçün pul yığanda da çox şeyin başqa
          cür olacağını düşünmüşdülər. Əslində isə, heç nə dəyişmə -
          mişdi, amma dəyişəcəyini xəyal etmək belə xoş idi.
             Eyvanda çiçək yeşikləri ilə məşğul olanda xəyalındakı ev
          barədə düşünürdü. Gecə mənzərəsi olsaydı, təzə biçilmiş
          qazon günəşin işığında necə yamyaşıl rəngə çalardı, divar
          boyunca güllər əkərdi, bağçaya kreslolar və başında çətir olan
          stol qoyardılar.
             Gözləriylə Stiqi və Kayı axtarmağa çalışır. Uşaqlar aşağı -
          dadılar, onlara uzaqdan baxmaq, başqaları ilə müqayisə elə -
          mək maraqlıdı. Hərdən canını qorxu alır, görəsən, güzəranları
          necə olacaq, onları hansı həyat gözləyir?
             Boşqablar fırlanır, əllər öhdəsinə düşən işi yerinə yetirir,
          dəzgahlar uğuldayır, havada xırda toz var, ayaqları yorulub,
          bayırda yaz havasıdı, içi yüklə dolu vaqonetlər sement döşə -  353
          mənin üzəriylə irəli-geri gedib-gəlir. Gips qəlibdən boşqabları
          çıxarır: hazır olduqca əl – mala-süngər onları vaqonetlərə yığır,
          sanki ağzını açmış ac-yalavac əjdahanın ağzına yeni-yeni qur-
          banlar atır. Onlar bunu istehsalat adlandırırlar. Gözəl səslənir,
          onun üçünsə heç bir məna kəsb eləmir.
             Saat neçədi? Normasını nə qədər yerinə yetirib?
             Onun kim olduğu, nə düşündüyü heç kim üçün maraqlı
          deyil, boşqabları necə təmizlədiyi heç kimi maraqlan dırmır.
          Bunun işə dəxli yoxdu, onlar üçün təmizlənmiş boşqabların
          sayı vacibdi. Əsas məsələ ondan gün ərzində iki min beş yüz
          boşqab təhvil almaqdı, vəssalam.
             Son zamanlar gözünün qabağında təmizlənmiş boşqab
          qalağından başqa, bir şey yoxdu. Beynində hesabladı: bir metr
   348   349   350   351   352   353   354   355   356   357   358