Page 351 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 351

Byorq Vik

          paylayanlar, işçiləri daşıyan ilk avtobuslar – artıq bunların heç
          birinə fikir vermir. Küt, laqeyd baxışlarla yolboyu düzülmüş
          ağaclara baxır. Açıq rəngli cavan yarpaqlar, bağçalarda lalələr,
          ot artıq biçilib. Yüngül səhər tüstüsünün bürüdüyü səma
          tezliklə aydınlaşacaq. Kiminçünsə gün yenicə başlayır və
          rövnəqlənir, təkcə Svenlə onun üçün yox. Svenin əlləri avto-
          mobilin sükanından bərk-bərk yapışıb. Əllər. Bax onlara lazım
          olan budu. Pəncərənin şüşəsini endirir, üzünə dəyən səhər
          yelini hiss eləyir, dərindən nəfəs alır: Liv Nilsen, sənin otuz iki
          yaşın var, hər şey normaldı, yaxşıdı.
             Onlar maşını zavodun arxasındakı dar döngədə qoya-
          caqlar. Soyunma otağına tərəf ağır-ağır sürünən axın onları
          özünə çəkir və ayırır, onların dalınca qapılar bağlanır – əlbəttə,
          burada qeyri-adi heç bir şey yoxdu. Sadəcə olaraq, səni vəhşi
          heyvan kimi qəfəsə saldıqlarını düşünmək adamın ürəyini
          bulandırır. Bu fikir adamı daha da gücsüz, daha da iradəsiz
          eləyir. O, iş paltarını geyinir, ayaqqabılarını dəyişir, öz şkafının
          qapısını bağlayır. Cingiltili qız gülüşləri, qələbəlik, ötəri deyilən
          ifadələr, təbəssüm, baş işarələri – uzun zaman ona elə gəlirdi
          ki, sanki onlar hər vasitə ilə bir-birinə dəstək olmağa və təsəlli
          verməyə çalışırlar. Hamı nəhəng zalda yerləşən qəlibləmə
          sexindəki işinin başına keçir. Ventilyasiya sistemi artıq işə  351
          salınıb. Səhər işığı tozlu pəncərələrə pərçim olur. Havanın necə
          olmasının bir fərqi varmı, onsuz da, çirkli pəncərələrdən baxıb
          kəsdirə bilmirsən. Hər şey həmişəki kimidi: sement döşəmə,
          çirkli divarlar, dəzgahlar, stollar, vaqonetlər, quruducu ci -
          hazlar...
             Maşının mili fırlanır, əllər işləyir, o, öz işini yaxşı bilir. Hər
          gün minlərlə desert qabı emal eləsən, əlbəttə, bilərsən. Qar -
          şısında dörd mil var, onların uğultusu o biri millərin
          uğultusuna, dəzgahların və boşqab buraxan avtomatların
          səsinə, ventilyatorların gur fışıltısına qarışır, danışmaq çətindi.
          Boşqabları bir-birinin dalınca tənəkə qazıyıcı və süngərlə
          sürtür; iş gününün sonuna qədər iki min beş yüz belə qab
          düzəltmək lazımdı. Aradabir bəzi boşqabları çıxdaş eləyib
   346   347   348   349   350   351   352   353   354   355   356