Page 347 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 347
Vigdis Stokkelien
çeynə. Onda içdiyini heç kəs bilməyəcək”. Amma heç nə
demədən dikəldi. Yox!
Kapitan özünü ələ almağa çalışırdı. Onu əsməcə tutmuşdu.
“Bir qurtum. İlahi, bircə qurtum. Ağzım quruyub, dilim şişib,
ürəyim quş kimi çırpınır. İlahi, bir qurtum, bircə qurtum!”
Saat on birə iyirmi beş dəqiqə qalırdı.
– Liza, Marit, – kapitan mızıldandı.– Liza və Marit. Evə belə
qayıtmırlar. Evə qayıdanda çamadanlarla hədiyyə gətirirlər.
Vaxt gələcək, Liza sağalacaq. Əsəblərlə zarafat etmək olmaz.
Liza, əvvəllər hər şey başqa cür idi. Amerikada bizim konvoyu
gözlədiyin vaxtları xatırlayıram… Bizi sahildə qarşıladın. İlahi,
onda necə də şən idin. Əsəblərin sonradan korlandı, müharibə
qurtarandan sonra.
“Mən heç nə bilmirəm, – radist qız fikirləşirdi. O, ayağa
qalxdı. – Deyəcəyəm ki, sadəcə körpünün üstünə çıxmışdım.
Onun sərxoş olub-olmadığını soruşsalar (onun içdiyini hamı
bilir), cavab verəcəyəm ki, yox, sərxoş deyildi.”
Şturman da ayağa qalxdı. Elədir, o, hər şeyi bilirdi. Stolun
açıq qalmış siyirməsində araq şüşəsi və stəkan. Qəzadan iki
saat əvvəl kapitanın kayutuna gəlmişdi. Kapitan stolun üstünə
əyilib, bədəni ilə siyirməni gizlətməyə çalışırdı. Lənət şeytana,
347
o, niyə körpünün üstünə çıxmışdı axı? Axı qatı dumanda göz-
gözü görmürdü.
Elədir, o, oradaydı. Yox! Vəzifə buna dəyməz.
– Kapitan!
Kapitan başını qaldırıb şturmanın üzünə baxdı. Başa düşdü
ki, şturman onu ələ verməyəcək.
Çevrilib radist qıza baxdı. Onun üzündən heç nə oxumaq
olmurdu. Amma kapitan ona inanırdı. Bilirdi ki, Nilsen də heç
nə deməyəcək – Maritə görə.
Ona yalnız küçənin o tərəfinə adlamaq və özünü ələ almaq
lazım idi. Açıq havaya çıxandan sonra titrətməsi keçdi. Bir saat
sonra hər şey qurtardı. Artıq hər şey əvvəlki kimiydi.
Yox, hər şey yox!