Page 345 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 345
Vigdis Stokkelien
qara. Takuradada keçirilən bayram günlərində berqenli matros
onu qucaqlamaq istəyəndə, hiddətdən qızın gözünə qaranlıq
çökmüşdü. Var gücünü toplayıb matrosun burnunun üstündən
yumruq ilişdirmiş, zavallı dənizçinin qana bulaşan ağ formasını
görüb, dəhşətə gəlmişdi. Hamı təəccübdən donub-qalmışdı.
Dənizçinin mülayim səsi hələ də qulaqlarındadır: “Bağışla
məni. Sən yaxşı qızsan”.
İnsanlarla mülayim davranmağı, dözümlü, səbirli olmağı
sonradan öyrəndi.
Əvvəllər ona elə gəlirdi ki, həyat – yalnız maraqlı macəra -
lardan ibarətdir, tanımadığın yerlərə səyahət etmək kimi bir
şeydir.
Oğlanı həkimin yanına hansı limanda aparmışdı? Liman-
larda müştəri tutmağa çalışan fahişələrə nə vaxtdan məhəl
qoymurdu?
Bu qəribə tənhalıq hissi haçandan qəlbinə hakim kəsi l -
mişdi? Radio vasitəsilə bütün dünyayla əlaqə saxlaya bilən
adam niyə özünü tənha hiss etməlidir? Nə vaxtdan özünü
gəmidə həbs olunmuş kimi hiss edirdi? Küçələrdə dolaş -
maqdan, üstünə qızılı yağ çəkilmiş çörəkdən ötrü burnunun
ucu göynəyirdi. Ah, ürəyini açmağa bir dostu, yaxın adamı
olsaydı… 345
Necə oldu ki, insanların qüsurlarına dözümlü yanaşmağa
başladı? “Zəif”lərə nifrət etməməyi haçan öyrəndi? Yarım il
dənizlərdə üzəndən sonra kapitan da ona xoş təsir bağışla -
mağa başlamışdı. Qadın olmasaydı, hamının gözü önündə
işləməsəydi, məmnuniyyətlə oturub sərxoş olanacan içərdi.
Xüsusən də kədərli vaxtlarında. Özü də evdə yox, dost-aşnayla
birgə. Ona elə gəlirdi ki, limandan limana içində artan
gərginliyi atmaq, fikrini dağıtmaq üçün içib sərxoş olmaq
lazımdır. Dənizdə insan sanki çılpaq görünür, əvvəllər özünün
də ağlına gəlməyən keyfiyyətləri üzə çıxır.
“Gündə bir şüşə cin, – kapitan fikirləşirdi. – Yalnız bir şüşə
cin… və lənətə gəlmiş titrətmə keçib-gedəcək. Hər şey
qaydasına düşəcək. Onlar nə bilir, mən nə çəkirəm? Bəs gecə -