Page 342 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 342
XX əsrin Norveç hekayələri
Kapitan şturmanın üzünə zillənmişdi. Beləcə xeyli bir-
birinin üzünə baxdılar. Kapitan birdən-birə anladı ki, ümid edir,
hələ də ümidlidir! Amma şturman o sözü dilinə gətirmədi. Yox.
Radist qız başını aşağı saldı. Əlində kağız salfet tutmuşdu.
Kağızı qatlayıb, bir neçə yerə parçaladı. Gözləri qızarmışdı,
deyəsən, ağlamaqdan özünü güclə saxlayırdı.
– Bilmirəm, nə cavab verəcəyəm, – qız dedi.
– Onlar səni Bibliyaya and içməyə məcbur edəcəklər, –
kapitan mızıldandı. – Əlbəttə, ağların Bibliyasına. Rənglilər də,
yəqin ki, öz tanrılarına and içəcəklər.
Ona heç kəs qulaq asmırdı. Kapitan belini dikəltdi. Başında
qəribə bir uğultu vardı, fikirləri dolaşırdı, hiss edirdi ki, artıq
dözə bilmir, indicə özündən çıxıb çərənləməyə, küfrlü sözlər
danışmağa başlayacaq, həmişəki sualını səsləndirəcək: “Lənət
şeytana, həqiqət nədir axı?” “Həqiqət, həqiqət”, – bu səs
beynində əks-səda verirdi.
– Bilmirəm, nə deyəcəyəm, necə cavab verəcəyəm, –
radist qız təkrarladı.
Üçü də gözünü məhkəmə binasına zilləmişdi. Ətrafa sükut
çökmüşdü.
– Mən heç nə görməmişəm axı.
342 Amma o görmüşdü. Kaş görməyəydi.
…Onda dəhşətli çığırtı eşidib, yuxudan oyanmışdı. Gəmi
sürətlə geri gedirdi. Kapitanı göyərtədə tapdılar. O, aşağı çöküb
qarnını tutmuşdu. Qaytarırdı. Qayıqları suya endirir, çığırışır,
köməyə çağırırdılar. Ətrafı duman bürümüşdü, heç nə görmək
olmurdu. Yalnız insanların fəryadı eşidilirdi.
Kapitan dikəldi, əlinin arxasıyla alnının tərini silib bağırdı:
– Yelkənli gəmiylə toqquşduq. Əclaflar, qayıqda fənər
yandırmamışdılar. Lənətə gəlsinlər! Şübhəsiz, qaçaqmal çı -
lardır.
“Üç adam öldü, – şturman fikirləşirdi. – Amma biz yavaş
gedirdik axı. Üstəlik, gəminin radarı var. Yelkənli gəmini necə
gözdən qaçıra bilərdim? Amma kapitan da göyərtədəydi. Yeri
gəlmişkən, göyərtədə onun nə işi vardı?