Page 337 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 337

Qunnar Bull Qunnersen

          Dənizdə işlədikcə dünyanın hər üzünü görmüşəm, ailə ilə bağlı
          nə qədər çirkin əhvalatlar eşitmişəm... Sənin sağlığına!
             Böyük matros fikrə getdi, nəsə bir ağıllı söz demək istə -
          yirdi.
             – Ay səni! Bir qaşıq neft! Ha-ha...
             Təpənin aşağı tərəfində, düz onların tuşunda bir minik
          maşını dayandı. Maşındakı iki cütlük qucaqlaşıb öpüşməyə
          başladı. Kiçik matros onları daha yaxşı görmək üçün boylandı.
             – Sən bir bunların hərəkətinə bax! Utanıb-qızarmırlar!
             Böyük matros cavab vermədi. Hərəkətsiz oturub avtomo-
          bilin içindəkilərə baxırdı. Sonra şüşəni ağzına dirəyib bir neçə
          qurtum içdi, hətta dodağının kənarından viski damcıladı.
          Gözünü maşından çəkmirdi. Nəhayət dilləndi:
             – Görünür, burda kimlərin olduğundan bixəbərdirlər.
             – Bizi görmürlər...
             – Qoy gözlərini açıb yaxşı-yaxşı baxsınlar.
             Birdən ucadan və xırıltılı səslə danışmağa başladı:
             – Burda oturan bizik, biz! Eşidirsiniz, ay sərsəmlər? –
          uyğun söz tapa bilmədi. – Sərsəmlər! Biz burda oturmuşuq!
          Eşidirsiniz? – artıq bağırır, maşındakılara yumruq göstərirdi.
             – Yaxşı, bəsdir. Özünü ələ al! Onlar ki bizə dəyib-dolaş -
          mırlar!                                                  337
             – Dəyib-dolaşmırlar? Sən nə qanırsan? – yenə bağırmağa
          başladı. – Ey, eşidirsiniz, ay sərsəmlər? Biz burda oturmuşuq!
          Biz neft daşıyırıq!..
             Səsi batdı.
             – Qulaq as, axı özün deyirdin ki...
             – Tüpür mənim dediklərimə, unut getsin! Maşındakılar kef
          eləyir, sarmaşıq kimi sarılıblar bir-birinə... Baxmırlar ki, burda
          kim oturub! Biz neft daşıyırıq... Onların heç nədən xəbəri yox-
          dur... Maşına minib veyillənirlər... Bizsə burda oturmuşuq...
          Biz neft daşıyırıq... İndi bu sərsəmlərə göstərərəm...
             O, viski şüşəsini başının üzərinə qaldırıb fırlatmağa başladı.
          Elə sürətlə fırladırdı ki, birdən şüşə güllə kimi əlindən çıxıb
          maşına tərəf uçdu. Zərbənin təsirindən maşının ön şüşəsi çilik-
          çilik oldu.
   332   333   334   335   336   337   338   339   340   341   342