Page 334 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 334
XX əsrin Norveç hekayələri
– Bəlkə, gedək, hə? – kiçik matros rəqs salonuna can atır -
dı.
– Bir az gözləyək. Bəlkə, taksi tapdıq.
Böyük matros heç nəyin fərqində deyildi.
– Necə bilirsən, orda qəşəng qızlar olur?
– Hə, hərdən yaxşıları rast gəlir.
– Gözqamaşdıran gözəlçələr var?
– Hər yerdə necə, orda da elə.
– Yəqin, bu kiçik şəhərdə heç fahişə də yoxdur.
– Hardan bilirsən?
– Məncə elədir. Bəxtin gətirsə, rəqsdə bir gözəlcə ilə tanış
olursan, əgər qızın xoşuna gəlsən...
– Düz deyirsən, adamın gərək bəxti olsun. Əgər qızın da
könlündən keçirsə, imtina etməyəcək.
Matros köks ötürdü.
– Deməli, bu iş elə-belə baş vermir, hə?
– Necə yəni elə-belə?
– Yəni, bordeldəki kimi, qolundan tutub kənara çəkirsən
və deyirsən ki, ay gözəlcə, mən səni... Burda gərək qızla rəqs
edəsən, danışıb könlünü alasan, əgər səninlə getməyə razılıq
versə, deməli, işlər qaydasındadır...
334 – Hər yerdə belədir. Qızlar bir-birindən fərqlənmir. Bizim
istədiyimiz şey onların da könlündən keçir, başa düşürsən?
– Yalnız bordeldən başqa.
– Niyə?
– Orda bu məsələ pula bağlıdır, sevgi, istək yoxdur.
– Əşi, fərqi nədir?
– Yox, elə demə. Fərq böyükdür.
– Nəsə sezməmişəm.
– Bordeldə gözəlçə səninlə yatmağa məcburdur. Yəni bunu
öz xoşu ilə etmir.
– Məlum məsələdir, bu, gözəlçənin işidir.
– Bəs mən nə deyirəm? Deməli, hər şey pulun başındadır.
– Eh, söz danışdın da, sənin üçün nə fərqi? Əsas məsələ
odur ki, gözəlçə peşəkar olsun, sən də verdiyin pulun