Page 330 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 330
XX əsrin Norveç hekayələri
– Gör bura nə qədər sərmayə yatırıblar...
– Hə, saymaqla qurtarmaz...
– Sən bir işə bax, zavodun bacasından gecə-gündüz alov
çıxır, ancaq orda çalışanlara siqaret çəkmək qadağandır.
– Görmürsən, baca necə hündürdür? İnsanlar gərək
zəhərli qazı udmasın, ona görə düz eləyib bu zəhərli qazları
yandırırlar.
– Bu iki baca olmasaydı, burdan gözəl mənzərə açılardı.
Hətta bizim tanker də görünərdi.
– Hə. Bəlkə də.
İki benzindaşıyan maşın sürətlə onların yanından ötdü,
yol tüstüyə büründü.
– Lənətə gələsiniz! Bunların əlindən rahat nəfəs almaq
olmur ki! Boğdular bizi tüstü ilə...
İkiyerlik avtomobil siqnal verib benzindaşıyan maşınları
ötdü, körpüdən gələn bir neçə taksini də arxada qoydu.
– Ay səni, uşaqlar bizi burda görsə, düşünəcəklər ki,
ağlımız çaşıb.
– İnanmıram. Taksidə gedəndə heç nə görmürsən. Bizim
dülgər həmişə deyir ki...
– Əşi, yenə başladın? Bu dülgər...
330 – Yaxşı, yaxşı, özündən çıxma! Gəl içək!
– İçək.
Hər ikisi növbə ilə şüşəni ağzına dayayıb bir neçə qurtum
içdi. Böyük matros hıçqırdı.
– Əla viskidir.
– Belə içəndə adama ləzzət verir, düz demirəm? Uşaqlar
pivəxanada hər qədəhə görə iki şillinq ödəyir, qədəh də oymaq
boydadır, içində bir-iki damcı viski ola, ya olmaya. Bizsə sakitcə
oturub vururuq, bir quruş da vermədən! Tinimiz düzələn kimi
rəqsə!
– Hə, bəlkə də...
Yenə adama bir neçə qurtum içdilər. Kiçik matros çeçədi,
öskürüb hıçqırdı. Şüşəni ağzına dayayıb içdi və viskini yolda -
şına ötürdü.