Page 328 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 328
XX əsrin Norveç hekayələri
– Yadındadır, bu barədə danışmışdıq, hər ikimizin də belə
ləzzət xoşuna gəlmişdi.
– Onda Kanadanı xatırlamışdın, söhbət mənə çox maraqlı
görünmüşdü. Üstündən nə qədər keçib? Artıq unutmuşam.
Bir də ki, bura sənin üçün...e...nə idi oranın adı?
– Sent-Con.
– Hə, Sent-Condan danışmışdım. Səfərimiz ora idi. Gəmi -
də bir oğlan vardı, onunla sahilə çatan kimi belə elədik: bir
şüşə viski alıb verdik özümüzü şəhər kənarına. Ora bizim
doğma yerlərə bənzəyirdi. Hər tərəf meşə, yaşıl yamaclar,
çəmənliklər. Uzanmışdıq otların arasında, özümüzü günə
verirdik, şüşədəki viskidən qurtum-qurtum içib mırt vurur-
duq... Birdən böyük qoyun sürüsü gördük...
– Hə də. Arxasınca da iki qız gəlirdi. Onları viskiyə qonaq
elədiniz, kefiniz kökəldi. İndi yadıma düşdü...
– Qızlar bizi görən kimi gülməyə başladılar.
– Oralar yaxşı idi, bəs burda hara gedəcəyik? Dağ yox,
çəmən yox, yaşıl ot gözə dəymir, bizi görüb gülümsəyən qız da
tapmaq çətindir. Neft anbarları, tüstü buraxan bacalardan
başqa heç nə yoxdur.
– Ola bilməz ki, bu böyüklükdə ərazidə bir yaşıl təpə, adi
328 çəmənlik tapılmasın. Oturub bala-bala vurardıq, axşam da
rəqsə gedərdik. Bax, günəş necə şəfəq saçır? Torpaqda eşələn -
məyin, yaşıl otların qoxusunu duymağın əsl zamanıdır. Sahilə
düşüb bu ləzzəti almasan, günah olar.
– Yaxşı. Razıyam. Amma şüşəni götürməyi unutma.
– Heç elə şey olar?
– Qulaq as, bəlkə, taksiyə minək, piyada yaşıl yamac ax-
tarmaqdansa...
– Lazım deyil. Taksiyə minsək, başımız qarışacaq, bir də
görəcəyik ki, şəhərin göbəyindəyik.
– Yaman tərssən, ha...
– Piyada gəzməyin nə ziyanı? Bax bizim dülgər, sahilə ayaq
basan kimi ancaq piyada gəzir.
– Eh, adam tapdın da! Dülgər! O, haradan kişi oldu? İm-
potentin biridir!