Page 329 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 329
Qunnar Bull Qunnersen
Gəmidən düşdülər. Hiss olunurdu ki, böyük matros könül-
süz gedir, kiçik matros isə cəld tərpənib bir neçə addım irəli
keçdi. Ancaq ayaq saxlayıb yoldaşını gözlədi, qorxurdu ki, taksi
sürücülərindən kimsə qırsaqqız olub onun yaxasından yapışar.
Sonra yanaşı addımlayıb asfalt döşənmiş şosenin kənarına
çıxdılar. Bu yol düz şəhərə aparırdı. Yaxınlıqda neft anbarlarının
bacaları, neft kəmərinin yoğun boruları, dəmir yolu xəttində
düzülmüş neftdaşıyan vaqonlar görünürdü. Böyük matrosun
yaşı iyirmidən bir az çox olardı, kiçik matrosun isə sentyabrda,
bir neçə gün əvvəl on doqquz yaşı tamam olmuşdu. Heç yerə
dönmədilər, düz şəhərə tərəf gedirdilər.
Nəhayət, yol kənarındakı kiçik bir təpəyə çatdılar. Burada
elə yaşıl ot bitmişdi ki, beləsini İngiltərədən başqa heç yerdə
görməzsən. Kiçik matros plaşını soyunub yerə sərdi, döş
cibindən viski şüşəsini çıxarıb yoldaşına uzatdı.
– Hə, dostum, sənə cansağlığı, uzun ömür! Təbrik edirəm!
– Nə münasibətlə?
– Ad günün münasibətilə. Bəs bu viskini niyə vururuq?
– Hə... Belə de... Çox sağ ol! Sənin sağlığına. Tanrı stüardın
canını sağ eləsin ki, sənə viski bağışlayıb!
– Əliaçıq oğlandır, gərək mehribançılıq göstərəsən, mədə -
ni şəkildə xahiş edib deyəndə ki, içib artıq-əskik hərəkət 329
etməyəcəksən, viskini əsirgəmir.
– Səfər zamanı ad günü qeyd eləmək o qədər də maraqlı
deyil. Gah növbədə olursan, gah da...
– Haqlısan! Elə ad günü keçirməkdənsə...
– Bax burda, belə şəraitdə ad gününü qeyd etməyə varam!
Ot dizdən, sən də viskidən qurtum-qurtum gillədirsən, tələsən
yerin yox, kef elə...
– Razıyam. Bəlkə də, belədir...
Ətrafda bir ağac da gözə dəymirdi. Tikanlı məftillərin
arxasından sanki sonsuzluğa uzanan yoğun neft boruları
görünürdü. Yaxınlıqda neft anbarlarının parıldayan bacaları,
neftdaşıyan vaqonların sıralandığı dəmiryol xətti və zavodların
bir neçə hündür bacasından başqa heç nə yox idi. Bu bacalar-
dan alov şölələnir, qara tüstü açıq, buludsuz səmaya yayılırdı.