Page 332 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 332

XX əsrin Norveç hekayələri

                   – Əgər dənizdən ayrılıb başqa işə girsən, orda yeni dostlar
               peyda olacaq, bəlkə də, təzə yerdə özünə həmdəm tapa
               bilməyəcəksən...
                   – Dünya dağılmaz! Əşi, nə fərqi var? Ən əsası, yaxşı iş tap -
               maqdır.
                   – Əgər sahildə ailən, ya da yaxın adamın olsaydı, onda
               necə?
                   – Nə qırsaqqız olub yapışmısan yaxamdan? Buna görə
               dartıb məni gətirmisən? Belə mənasız söhbətlərdən zəhləm
               gedir. Hamısı boş sözlərdir. Yaxşı bilirəm, nə vaxtdır üzürəm...
                   – Yox, yox, nə danışırsan? Buna görə gəlməmişik. Ürəyin
               nədən istəyir, ondan da danışaq.
                   Günəş nəhəng neft çənlərindən birinin arxasında gizləndi.
               Çənin üzərində iri hərflərlə “SHELL” yazılmışdı.
                   – Biz “SHELL” üçün işləyirik?
                   – Əlbəttə.
                   Yenə susdular. Nəhayət, kiçik matros təzə mövzu tapdı.
                   – Adam düşünəndə ki, biz neft daşıyırıq, qəlbi iftixarla
               döyünür.
                   – Necə yəni biz?
                   – Bəs nefti bura, başqa yerlərə kim daşıyır? Əlbəttə, biz.
         332       – Bəyəm biz səninlə neft daşıyırıq? Gətirdiyimiz yük çir -
               kabdan başqa bir şey deyil, adamın barmaqlarına yapışır. Nefti
               başqası daşıyır – gəmi sahibi. Əsl sanballı adam odur!
                   – Bizsiz əlindən nə gələr?
                   – Biz, ya qeyrisi, onun işi həmişə qaydasında gedəcək.
               Uzaqbaşı, təzə işçilər götürəcək.
                   – Başqaları da elə bizim kimi, onlar, ya biz, nə fərqi? Biz,
               yəni hamımız birlikdə.
                   – Nəsə, çox qəliz danışdın, dərinə getdin...
                   – Yəni demək istəyirəm ki, bu işi görən bizik!
                   – Biz birlikdə nə iş görürük? Sənin də, mənim də işimiz var.
               Vəssalam! Sən göyərtəni yuyub təmizləyirsən, mən də. Bizə
               nə deyirlər, onu da eləyirik. Növbə bitdi, vedrəni, döşəməsilən
               ağacı qoy kənara. Bizim nə borcumuza ki, anbara nə doldu-
   327   328   329   330   331   332   333   334   335   336   337